Vüsal Qasımlı İsrail səfirini qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İsrailin Azərbaycandakı səfiri Corc Diki və səfirliyin iqtisadiyyat və ticarət məsələləri üzrə müşavirini qəbul edib. Görüşdə İsrail ilə Azərbaycanın çoxtərəfli və dinamik inkişaf edən əməkdaşlığı müzakirə olunub. Qeyd edilib ki, İsrailin və Azərbaycanın iqtisadi inkişafı modelinin xüsusiyyətləri, xüsusən də yüksək texnologiyalar, bərpa olunan enerji, aqrobiznes, əczaçılıq, kibertəhlükəsizlik, turizm sahələri nəzərə alınmaqla əməkdaşlığın genişləndirilməsi üçün imkanlar genişdir. İsraildə inkişaf etmiş startap təcrübəsinin Azərbaycanda da tətbiqi və İsrail beyin mərkəzləri ilə İİTKM-in əməkdaşlıq istiqamətləri müzakirə olunub.
V.Qasımlı İsrailin Azərbaycandakı səfiri Corc Dikə İİTKM-in hazırladığı “Yeni Qarabağnamə: Qarabağ və Şərqi Zəngəzur rayonlarında post-konflikt quruculuğu” kitabını təqdim edib və Azərbaycanda strateji idarəetmə və iqtisadi islahatlar barədə məlumat verib.
İsrailli qonaq, həmçinin “EnterpriseAzerbaijan” platformasında olan 10-a qədər startapla tanış olub və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzini ziyarət edib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib