Vüsal Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin könüllülərilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Mərkəzdə fəaliyyət göstərən təcrübəçilərlə görüşüb. Vüsal Qasımlı əvvəlcə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi aparılan iqtisadi islahatlar barədə gənclərə ətraflı məlumatlar təqdim edib: “Aparılan sürətli və sistemli islahatlar və həyata keçirilən beynəlxalq neft-qaz, nəqliyyat və logistika layihələri sayəsində 2017-ci il sabitləşdirmə, 2018-ci il iqtisadi canlanma və 2019-cu il sürətli iqtisadi inkişaf ilidir.”
Vüsal Qasımlının sözlərinə görə, ölkəmizin gəncləri cəmiyyətin və iqtisadiyyatın əldə etdiyi uğurlarda yaxından iştirak edirlər: “Prezident İlham Əliyev qara qızılın insan kapitalına çevrilməsi siyasəti gənclərimizin peşəkar və vətənpərvər ruhda formalaşmasına töhfə verir. Buna görə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi gənclərin könüllü kimi cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması və layiqli kadr kimi yetişməsi üçün təcrübə proqramı həyata keçirir.”
Görüşdə könüllülər müzakirələrə qoşularaq, öz rəy və təkliflərini bildirib və iqtisadi islahatlar barədə suallar veriblər. Daha sonra fəaliyyətində fərqlənən təcrübəçilərə təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departamentlərində, habelə Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı və Bir Pəncərə İxraca Dəstək Mərkəzində 200-ə yaxın gənc təcrübə proqramını başa vurub. Onlardan bir qismi bilik və bacarıqlarını təkmilləşdirərək həm İİTKM-də, həm də yerli və beynəlxalq qurumlarda işə başlama imkanı əldə ediblər.









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar