Vüsal Qasımlı: İnkişafın Qarabağ modeli qurulacaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Qarabağın inkişafı sahəsində araşdırmalarını davam etdirir. Bu barədə məlumat verən Mərkəzin rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlının fikrincə, Qarabağın reinteqrasiyası ilə Azərbaycan iqtisadiyyatında kapital artacaq: "2021-ci ilin dövlət büdcəsindən ayrılan 2,2 milyard manat vəsait ilə yanaşı, dövriyyəyə cəlb olunan milli sərvət - torpaq, meşə, su, faydalı qazıntı, əmlak və mədəni sərvətlər kapitalın həcmini - əsas fondları artırır.
Azərbaycanda əmək ehtiyatlarının sabit qaldığı şəraitdə kapitalın - əsas fondların çoxalması kapitaltutumlu iqtisadi artımı sürətləndirir. Yaradılan yeni əsas fondlar müasir texnologiyalara əsaslandığından daha çox fondverimliliyi, yəni hər manat kapitala düşən məhsulu artıracaq. Digər tərəfdən də, Solou modelinə görə Qarabağda kapital qoyuluşu sıfırdan başladığına və tarazlıq nöqtəsinə (steady-state level) məsafə çox olduğuna görə daha çox dəyər yaradacaq. Necə ki, İkinci Dünya müharibəsindən sonra Almaniya və Yaponiya dağıntların üzərində rəqabətqabiliyyətli iqtisadiyyat qurdular. Qarabağda dövlət sərmayələri katalizator, qeyri-dövlət sərmayələri isə drayver olacaq. Təsadüfi deyil ki, bu günlərdə Standard & Poor's (S&P) agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren kredit reytinqini "BB+/B" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "mənfi"dən "stabil"ə yüksəldib. Agentlik bunu Qarabağın azad olunması və atəşkəs razılaşmasının imzalanması nəticəsində təhlükəsizliyin, maliyyə sektorunun və tədiyyə balansının risklərinin azalması ilə əsaslandırıb”.
Vüsal Qasımlının fikrincə, iqtisadi artıma təsir göstərəcək daha iki amil var: "İqtisadiyyatın özünün səmərəliliyi və insan kapitalı. Prezident İlham Əliyev Qarabağda yeni, daha səmərəli idarəetmə modelinin anonsunu verdi, hətta Prezidentin xüsusi nümayəndəliyi institutunun yaradılması barədə göstəriş verildi, Qarabağ Dirçəliş Fondu yaradıldı. Bu, inkişafın Qarabağ modelinin əsasının qoyulmasıdır və uğur qazanacağı təqdirdə Azərbaycanın qalan ərazisində də tətbiq ediləcək. Qarabağda smart region yanaşması tətbiq edilir: müasir şəhərsalma, 4-cü sənaye inqilabının çağırışlarına uyğun yanaşma, xarici kapital və ən əsası yeni idarəetmə modeli. Ermənistan üçün yükə və buxova çevrilən Qarabağ, Azərbaycan üçün inkişafın drayveri və ilham mənbəyidir."









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf