Vüsal Qasımlı III Beynəlxalq Bankçılıq Forumunda çıxış edib

Vüsal Qasımlı III Beynəlxalq Bankçılıq Forumunda çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı III Beynəlxalq Bankçılıq Forumunda açılış nitqi ilə çıxış edib. Forum Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilib. 
Forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayens sahəsindəki yeniliklər və risklərin, həmçinin qeyd olunanların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.
Beynəlxalq tədbirdə ABŞ, Yaponiya, Avropa və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak ediblər.

Vüsal Qasımlı III Beynəlxalq Bankçılıq Forumunda çıxış edib
Vüsal Qasımlı III Beynəlxalq Bankçılıq Forumunda çıxış edib
Vüsal Qasımlı III Beynəlxalq Bankçılıq Forumunda çıxış edib