Vüsal Qasımlı “Horizon 2020” layihəsinin nümayəndələri ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Avropa Komissiyasının innovasiyalar üzrə flaqman təşəbbüsü olan “Horizon 2020” layihəsinin nümayəndə heyətini qəbul edib.
Görüşdə ITHACA Laboratoriyasının direktoru, MetaMind Innovations P.C.-nin həmtəsisçisi, Qərbi Makedoniya Universitetinin professoru Sarigiannidis Panagiotis, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin prorektoru Rafiq Camalov və Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin dəvətli professoru, HPC üzrə mütəxəssis Ehsan Musəvi iştirak edib.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Azərbaycanın 2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər və strateji vizyonda innovasiya siyasəti və İİTKM-in flaqman layihələri olan azexport.az və rəqəmsal ticarət portalının fəaliyyəti barədə məlumat verib. O bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik olduğu kimi regionda innovasiyalar habı olmaq sahəsində böyük potensiala malikdir və işğaldan azad olunmuş ərazilərdə Avropa İttifaqı ilə ağıllı kənd layihələri çərçivəsində uğurlu əməkdaşlığa başlanılıb. Qeyd edib ki, işğal dövründə təmamilə məhv edilmiş infrastrukturun yenidən qurulmasında innovativ və ağıllı layihələrinin icrası ilə ümümilikdə Qarabağın rəqəmsal transformasiyanın mərkəzi və innovasiya habına çevrilmək potensialı böyükdür və bu sahədə İİTKM Aİ-nin “Horizon 2020” təşəbbüsü çərçivəsində qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlıdır.
Sarigiannidis Panagiotis Azərbaycanda sənaye sahəsində elmin yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq bildirib ki, Azərbaycan “Horizon 2020” çərçivəsində əməkdaşlıq üçün arzuolunan tərəfdaşdır və Qarabağda rəqəmsal mərkəzin yaradılması, modern şəhər layihəsinin tətbiqi və ölkədə innovativ təlim mərkəzlərinin yaradılması sahəsində böyük potensial vardır və bu əməkdaşlıqda Avropa Universitetləri maraqlıdır.
Görüşdə qarşılıqlı maraq kəsb edən sahələrdə mümkün əməkdaşlıq sahələri müzakirə edilib, gələcəkdə birgə fəaliyyət planları üzrə razılaşmalar əldə edilib.







Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib