Vüsal Qasımlı Estoniyanın dövlət idarəçiliyi naziri ilə görüşüb
İqitsadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Estoniyanın Azərbaycanda səfərdə olan dövlət idarəçiliyi naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda son illərdə aparılan iqtisadi islahatların effektivliyi barədə geniş məlumat təqdim edib. Vüsal Qasımlı həmçinin Prezidentin tapşırıqları əsasında yaradılan Azexport portalı, eləcə də Azərbaycan Rəqəmsal Ticarət Qovşağı barədə ətraflı məlumat verib.
Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korb Azərbaycana səfərinin məqsədindən danışaraq bildirib ki, ölkələr arasında sıx əməkdaşlıq baxımından ticari-iqtisadi münasibətlərə xüsusi önəm verilir. “Rəqəmsal Ticarət Qovşağının yaradılması Azərbaycana yeni imkanlar yaradacaq. Həmçinin Estoniya ilə ticarət dövriyyəsini artırmaq, idxal-ixrac prosesini sürətləndirmək mümkün olacaq. Biz Azərbaycanla mövcud əməkdaşlıq imkanlarından məmnunuq. Düşünürük ki, bu imkanları daha da genişləndirmək mümkün olacaq”
Görüşdə həmçinin Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli, Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik, Regional məsələlər üzrə Baş katibinin müavini Kaya Sarnet, Estoniyanın millət vəkili Deniss Borodiç, Azərbaycan-Estoniya Ticarət Palarasının sədri Yana Krimpe də iştirak edib.
Tərəflər əməkdaşlığı genişləndirmək üçün danışıqları davam etdirmək barədə razılığa gəliblər









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır