Vüsal Qasımlı Estoniyanın beynəlxalq tədris mərkəzinin rəhbəri ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Estoniyada fəaliyyət göstərən “Kood/Jõhvis” tədris mərkəzinin baş direktoru Lauri Haav ilə görüşüb. Görüşdə İİTKM ilə “Kood/Jõhvis” arasında əməkdaşlığın qurulması ilə bağlı imkanlar müzakirə edilib.
Vüsal Qasımlı bildirib ki, Mərkəz fəaliyyətində daim informasiya və kommunikasiya texnologiyalarının yeniliklərini tətbiq edir, əməkdaşların bu sahədə bilik və bacarıqlarının artırılmasında maraqlıdır. Lauri Haav isə öz növbəsində Azərbaycanda rəqəmsallaşma və innovasiya sahəsində müşahidə etdiyi inkişafdan məmnunluğunu ifadə edib. O bildirib ki, “Kood/Jõhvis” Estoniyada informasiya texnologiyaları sahəsində mütəxəssis hazırlayan kodlaşdırma məktəbidir. İndiyədək məktəbin yüzlərlə məzunu dünyanın nüfuzlu şirkətlərində karyera qurub.
Görüşdə İİTKM-in icraçı direktorunun müşaviri Samir Məmmədov və “B.EST Solutions” şirkətinin texniki direktoru Zahir Quliyev də iştirak ediblər. Tərəflər qarşılıqlı əməkdaşlığın perspektivləri və sözügedən tədris müəssisəsində azərbaycanlı gənclərin təhsil almaq imkanlarını müzakirə ediblər.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır