Vüsal Qasımlı: Ermənistana yardım etmək “sızan vedrə ilə su daşımağa” bənzəyir
Avropa İttifaqı Ermənistana 2.6 milyard avro yardım etməklə infrastruktur, ətraf mühit, nəqliyyat və islahatları dəstəkləmək niyyətini bildirib. Bu məsələyə münasibət bildirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, Ermənistanın Avropa İttifaqından aldığı yardımlar 2019-2020-ci illərdə iki dəfə artıb və illik 65 milyon avroya çatıb. Bundan başqa, Avropa İttifaqı tərəfindən 2014-cü ildən bəri 1 milyard avro güzəştli borc və qrant şəklində vəsait Ermənistan iqtisadiyyatına yatırılıb. İndi də daha 2.6 milyard avro yardım edilir. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatına görə, Ermənistan nəinki Avropada, bütün dünyada iqtisadiyyatı və dövlət büdcəsi ilə müqayisədə ən yüksək hərbi xərclərə malik olan azsaylı ölkələrin sırasındadır. Ermənistana əvəzsiz yardım edənlər dünyada ən militarist ölkələrdən olan Ermənistanın bu özəlliyini nəzərə almalıdırlar, regionda sülhə və təhlükəsizliyə yeni təhdidlər yaratmalı deyillər. Ermənistan xaricdən aldığı yardımları iqtisadi inkişafa istiqamətləndirmir, əks təqdirdə Avropa Komissarı Oliver Varhelyinin dediyi kimi, humanitar fəlakət həddində olmazdı. Son Vətən müharibəsində Azərbaycan Ermənistanın 4 milyard dollarlıq silah-sursatını zərərsizləşdirdi, ermənilərin müdafiə istehkamlarına xərclədikləri yüz milyonlarla dollar dəyərində sərmayə batdı, ən azı 300 milyon dollarlıq mina xərcləri də faydasız oldu və üstəlik iqtisadiyyat keçən il 7,6 faiz gerilədi. Nurksenin fikri ilə ifadə etsək, Ermənistan yoxsulluğun “qapalı çevrə”sindədir. Ermənistanı dirçəltmək istəyənlər onun qarşısında elə bir şərtlər qoyurlar ki, nəticədə ölkə “yerində sayır”. Ermənistan iqtisadi inkişafını və təhlükəsizliyini müxtəlif güc mərkəzlərinə etibar etməklə dövlətçiliyini riskə atır.”
V.Qasımlı Ermənistana verilən yardımların “sızan vedrə ilə su daşınması”na bənzədib: “Vaxtilə bu ideyanı Artur Melvin Okun irəli sürmüşdü və dövlətlər arasında gəlirin təkrar bölgüsünü “sızan vedrə”də su daşınması ilə müqayisə edib.”
V.Qasımlı bildirib ki, Avropa İttifaqı Ermənistana təkcə ötən il pandemiya ilə mübarizə məqsədilə 100 milyon avro yardım edib: “Buna baxmayaraq, Ermənistan dünyada 220 dövlət və ərazi içərisində “əhalinin hər milyon nəfərinə COVİD-19-dan ölənlərin” sayına görə ən pis 33-cü ölkədir və regionda “lider”di. Əhalinin hər 1 milyon nəfərindən 1538 nəfər COVİD-19-dan ölüb. Yeri gəlmişkən, Azərbaycanda bu göstərici Ermənistanla müqayisədə üç dəfədən də çox yaxşıdır. Sual olunur ki, Ermənistan ən çox yardım alan ölkələrdən olmaqla niyə normal nəticələr ortaya qoymur. Ümid edirik ki, Avropa Komissiyasının Avropa Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları (ECHO) departamenti Ermənistana verilən yardımların səmərəliliyi barədə soruşacaq və illik hesabatında bunu göstərəcək. Eyni zamanda Avropa Komissiyasının Audit qurumları da bu barədə öz hesabatlarını yayacaqlar. Ən əsası odur ki, Ermənistan yardımla inkişaf etsəydi, indiyədək bu qədər yardım almaqla inkişaf edərdi. İnkişaf üçün Ermənistana sülh müqaviləsi, həmçinin Azərbaycan və Türkiyə ilə əlaqələr yaratmaq lazımdır.”








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu