Vüsal Qasımlı BP-nin nümayəndə heyətini qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı BP-nin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb. İİTKM-in icraçı direktoru BP Qrupun Siyasi və İqtisadi məsələlər üzrə müşavirləri Maykl Denison və Julian Bovdeni, eləcə də BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu hökumətlə əlaqələr üzrə müşaviri Günəş Əliyevanı qəbul edərkən əvvəlcə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir səmərəli əməkdaşlıq davam edir. Bu illər ərzində ölkəmizdə irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP fəal tərəfdaş kimi çıxış edib.
Vüsal Qasımlı ötən il ərzində energetika sahəsində yaddaqalan hadisələrin baş verdiyini bilidirib. O deyib ki, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılıb, Eyni zamanda, Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilib. İcraçı direktor əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz, bölgə və dünya üçün önəmli hadisə olub.
BP Qrupun Siyasi məsələlər üzrə müşaviri Maykl Denison isə Azərbaycanda aparılan proqressiv inkişafdan məmnunluğunu ifadə edib. O BP şirkəti ilə Azərbaycan arasında uğurlu əməkdaşlığı və Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək, Böyük Britaniya hökumətinin energetika layihələrinə dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. Görüş zamanı tərəflər arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf