Vüsal Qasımlı Beynəlxalq Valyuta Fondunun tədbirində fiskal islahatlar barədə çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Potensialın İnkişafı Mərkəzinin (Caucasus, Central Asia, and Mongolia Regional Capacity Development Center - CCAMTAC) açılış mərasimində iştirak edib.
Vüsal Qasımlı çıxışında bildirib ki, Prezident İlham Əliyev tərəfindən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5 faiz, 2023-cü ilin sonuna isə 25 faiz müəyyən edilsin. Eyni zamanda dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20 faiz müəyyən edilib. İİTKM-in icraçı direktoru əlavə edib ki, Azərbaycan hər iki ortamüddətli fiskal qaydalara əməl edir. Azərbaycanda ortamüddətli xərclər çərçivəsi və nəticəəsaslı büdcənin tətbiqi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Funksional təsnifatın pilot bölmələri üzrə büdcə xərclərinin Sektor Strateji Planla və strateji hədəflərlə əlaqələndirilməsi üçün xərclər proqram/subproqram/tədbirlər üzrə strukturlaşdırılıb. Hər bir strateji hədəf və tədbir üzrə nəticə indikatorları müəyyən edilib.
V.Qasımlı bildirib ki, Qafqaz və Mərkəzi Asiya üçün əsas fiskal çağırışlar fiskal buferlərin qurulması, fiskal risklərin idarə edilməsi, fiskal qaydaların və institutların gücləndirilməsidir.
V.Qasımlı tədbir çərçivəsində BVF-nin Baş direktoru Kristalina Georgiyeva ilə görüşüb. K.Georgiyeva CCAMTAC-ın yaranmasında Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkür edib və ölkəmizlə BVF-nin əməkdaşlığını yüksək qiymətləndirib.
Tədbirdə həmçinin BVF-nin Baş direktoru Kristalina Georgieva, Qazaxıstan Milli Bankının sədri Qalımjan Pirmatov, Almatı şəhərinin meri Erbolat Dosayev, Özbəkistan Mərkəzi Bankının sədr müavini Behzod Hamrayev, Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan, Türkmənistan Mərkəzi Bankının sədr müavini Mərdanqulu Palivanov, Gürcüstan Milli Bankının sədr müavini Arçil Mestvirişvili, Ermənistanın maliyyə naziri Vahe Hovannisyan, Gürcüstanın maliyyə nazirinin müavini Yekaterina Quntsadze də iştirak ediblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib