Vüsal Qasımlı Beynəlxalq STEAM Azərbaycan Festivalında qaliblərə mükafatlar verib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Beynəlxalq STEAM Azərbaycan Festivalının bağlanış mərasimində qaliblərə mükafatların təqdim olunmasında iştirak edib. O, festivalda qalib olmuş üç komandanın üzvlərinə mükafatları təqdim edib.
Qeyd edək ki, SAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalında 27 komanda birinci, 73 komanda ikinci, 67 komanda üçüncü yerə layiq görülüb. Xüsusi nominasiyalar üzrə isə 101 komanda qalib olub. Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxışlar ediblər. Festivalın final mərhələsində 11 ölkəni təmsil edən 868 yerli, 159 xarici iştirakçı yarışıb. Festivala Türkiyə, Niderland, Çexiya, Bolqarıstan, Böyük Britaniya, Qazaxıstan, Norveç, Slovakiya, Türkmənistan və Özbəkistandan da iştirakçılar qatılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib