Vüsal Qasımlı: Azərbaycanda iqtisadi artım bərpa olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, əvvəlcədən də proqnozlaşdırıldığı kimi, ilin ilk 5 ayının göstəricilərinə əsasən Azərbaycanda iqtisadi artım cüzi də olsa bərpa olunub: “Belə ki, bu ilin yanvar-may aylarında Ümumi daxili məhsul 0,8 faiz artıb. COVİD-19 pandemiyasının təsiri altında Azərbaycan iqtisadiyyatında geriləmə 2020-ci ilin mayından başlamışdı və düz bir ildən sonra artım yenidən bərpa olundu. Karbohidrogen sektorunda geriləməyə rəğmən, qeyri-neft sektoru ilk 5 ayda 4,5 faiz artmışdır.”
V.Qasımlının sözlərinə görə, artımda əsas rol alan qeyri neft-qaz sənayesi bu ilin yanvar-may aylarında 16,2 faiz böyüyüb: “Artıq neçə ildir ki, qeyri-neft sənayesi ümumi iqtisadi artımda ən yüksək paya sahib olmaqla drayverə çevrilib. Qeyri-neft sənayesinin ÜDM-də xüsusi çəkisi son beş ildə 14,4 faizdən hazırda 17,9 faizə yüksəlib. Qarabağda emal və dağ-mədən sənayesinin inkişafı ölkədə ümumi sənayeləşməni sürətləndirəcək. Bu ilin ilk 5 ayında kənd təsərrüfatı sahəsində - bitkiçilikdə və heyvandarlıqda da artım olub. Bundan başqa informasiya və rabitə xidmətləri və pərakəndə ticarət artıb. Bir sıra xidmət sahələri, o cümlədən ictimai iaşə, nəqliyyat və tikintidə hələlik iqtisadi artımı bərpa etmək mümkün olmayıb. Ən əsası odur ki, ilin ilk dörd ayında qeyri-neft ixracı 27 faiz artıb.”
V.Qasımlı bildirib ki, bu il Azərbaycanda Dünya Bankının proqnozlarına əsasən 1,9 faiz, gələn il isə 4,5 faiz iqtisadi artım olacaq: “Beynəlxalq Valyuta Fondu isə Azərbaycanda bu il 2,3 faiz, gələn il 1,7 faiz iqtisadi artım proqnozlaşdırır.” V.Qasımlının fikrincə, qeyri-neft sektoru həm azalan karbohidrogen gəlirlərini kompensasiya etməli, həm də ümumi iqtisadi artımı təmin etməlidir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib