Vüsal Qasımlı “Azərbaycanda Beyin mərkəzlərinin I Forumu”nda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycanda Beyin mərkəzlərinin I Forumu”nda çıxış edib. O bilidirib ki, qlobal miqyasda beyin mərkəzlərinin rolu informasiya və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzlərinin beş əsas istiqamət üzrə apardıqları fəaliyyətlər data əsaslı strateji idarəetmədə önəmli rol oynayır. Bu istiqamətlərə müxtəlif növ sorğuların aparılması və onların analizləri, elektron hökumətin yaratdığı big data (böyük verilənlər) və buna əsaslanan təhlillər, sosial medianın izlənməsi və araşdırmalar, texniki elmi araşdırmalar, eləcə də sosial və iqtisadi islahatların monitorinqi və qiymətləndirilməsi ilə bağlı yaranan dataların təhlili aiddir.
Vüsal Qasımlının sözlərinə görə, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezident Fərmanı elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına əsasən elmin müxtəlif sahələri üzrə tədqiqatlar genişləndiriləcəkdir. Müasir təfəkkürlü və kreativ düşüncəli gənclər erkən vaxtlardan elmi araşdırmalara cəlb ediləcəkdir. Elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizmi yaradılacaqdır. Eyni zamanda elmi tədqiqat, texniki konstruktor işlərinin (ETTKİ) kommersiyalaşdırılmasına dəstək veriləcəkdir. Bu məqsədlə həyata keçirilən tədqiqatlar maliyyələşdiriləcək, ETTKİ infrastrukturu inkişaf etdiriləcəkdir. Müasir dövrdə texnologiyaların kommersiyalaşdırılması innovativ inkişafda prioritet olduğundan, tədqiqat nəticələrinin məhsula çevrilməsi təmin olunacaq və elmi tədqiqatlarda mövcud maneələr müəyyən edilərək aradan qaldırılacaqdır. Nəticədə, innovasiyaların bazara çatdırılması asanlaşdırılacaq, ETTKİ üzrə xərclərin ÜDM-dəki payı isə 0,1% səviyyəsinə çatdırılacaqdır. Ölkədə tədqiqat potensialı yüksək olan iki universitetin bazasında iki tədqiqat universitetinin yaradılması da nəzərdə tutulur.
İcraçı direktor əlavə edib ki, hazırda dünyada 5500-dən artıq beyin mərkəzi fəaliyyət göstərir və bu mərkəzlərin bir çoxu hələ də effektiv kommunikasiyanın qurulması, təsir imkanlarının artırılması və nəticənin əldə edilməsində ölçü meyarları barədə standartlar müəyyən edilməsi üçün araşdırmalar aparırlar. “Azərbaycanda Beyin mərkəzlərinin I Forumu” yuxarıda qaldırılan məsələlərin müzakirəsi və həll yollarının təklif olunması baxımından əhəmiyyətlidir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu