Vüsal Qasımlı: Azərbaycan “İqtisadi azadlıq indeksi”nə görə dünyada top islahatçıların sırasındadır
Azərbaycan ABŞ-ın İrs Fondunun hazırladığı “İqtisadi azadlıq indeksi”nə görə bu il mövqeyini 16 pillə yaxşılaşdıraraq dünyada 44-cü pilləyə yüksəlib. Bu barədə məlumat verən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan dünyada “İqtisadi azadlıq indeksi”ni ən çox təkmilləşdirən 11 ölkə sırasındadır: “Prezident İlham Əliyev tərəfindən aparılan sistemli iqtisadi islahatların daha bir beynəlxalq uğurunun şahidiyik. Çünki “İqtisadi azadlıq indeksi”nin tarixində Azərbaycan qədər irəliləyiş edən ikinci bir ölkə yoxdur. Beləliklə, Azərbaycan əsasən azad ölkələrin sırasında mövqelərini daha da möhkəmləndirib. Azərbaycanın bu irəliləyişi biznes azadlığı, investisiya azadlığı və fiskal sağlamlıq göstəricilərinə görə əldə etdiyi nailiyyətlərə əsaslanır. Azərbaycan “İqtisadi azadlıq indeksi”nə görə Polşa, Belçika, Portuqaliya, İspaniya və Fransa kimi Avropa ölklərini geridə qoyub. Azərbaycan Avropa regionunda “İqtisadi azadlıq indeksi”ni ən çox yaxşılaşdıran ölkə kimi qiymətləndilib. Azərbaycanın “İqtisadi azadlıq indeksi” Avropanın orta göstəricisinə təxminən bərabərdir. Bu ildən etibarən “İrs Fondu” Azərbaycanı Asiya-Sakit okean deyil, Avropa ölkəsi kimi qiymətləndirib.“








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib