Vüsal Qasımlı Avropa İttifaqının Azərbaycandakı səfirini qəbul edib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskası qəbul edib. Görüş zamanı Vüsal Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyəti eləcə də ölkədə aparılan iqtisadi islahat prosesi barədə geniş məlumat verib. Bildirib ki, “Doing Business 2018” hesabatında Azərbaycanın 8 pillə irəliləyərək, 57-ci pillədə qərarlaşıb. Təkcə bu fakt onu göstərir ki, ölkədə həyata keçirilən islahatlar prosesi beynəlxalq təşkilatlar tərəfindən nəzərə alınır və yüksək qiymətləndirlir. Azərbaycanın beynəlxalq müstəvidə siyasi və iqtisadi nüfuzu artır. İcraçı direktor əlavə edib ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə iqtisadi əlaqələri uğurla davam etdirməkdə maraqlıdır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə Aİ-nin Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirmək marağını xüsusi vurğulayıb. Səfir bildirib ki, əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. O ilin sonunda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitinin keçiriləcəyini xatırladaraq bu sammitin də əlaqələrə öz töhfəsini verəcəyini əlavə edib.
Müzakirə yekunlaşdıqdan sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olub. Səfirə Mərkəz barədə ətraflı məlumat təqdim edilib.







Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib