Vüsal Qasımlı Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının (AİB) nümayəndələrini qəbul edib. AİB-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə AİB-in Azərbaycanda maliyyə və enerji sektorlarında icra olunan layihələri barədə geniş fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan üzrə 2019-2023-cü illər üzrə yeni hazırlanacaq Ölkə Tərəfdaşlığı Strategiyası üçün prioritet istiqamətlər müzakirə edilib.
Qarşılıqlı fikir mübadiləsi zamanı, AİB tərəfindən növbəti 5 il müddətinə Azərbaycanda icra olunacaq kredit layihələri və texniki yardım dəstəyinin ölkənin prioritetlərinə və Strateji Yol Xəritələrinin istiqamətlərinə uyğun müəyyən edilməsi üçün fokuslanmalı sahələr və sektorlardan danışılıb. Eyni zamanda KOS sahəsində tənzimləmənin qiymətləndirilməsi, nou-hau, innovasiya texnoloji transfer sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində əldə edilən makroiqtisadi sabitlik və davamlı iqtisadi inkişaf xüsusi vurğulanıb.
İİTKM-in Layihələr departamentinin rəhbəri vəzifəsini icra edən Rəşad Hüseynov və strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova da görüşdə iştirak ediblər.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır