Vüsal Qasımlı "Aİ-Azərbaycan biznes forumunda" iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Dr.Vüsal Qasımlı "Aİ-Azərbaycan biznes forumunda" açılış nitqi ilə çıxış edib.
İqtisadiyyat naziri Şahin Mustafayev, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Malena Mard, Alman – Azərbaycan Xarici Ticarət Palatası Tobias Baumannın da iştirak etdiyi tədbirdə Vüsal Qasımlı “Azərbaycanın iqtisadi islahatlar gündəliyində uğurlar və gələcək perspektivlər” mövzusunda çıxışı zamanı ölkəmizdə aparılan iqtisadi islahatlardan, bu istiqamətdə Azərbaycanın əsas hədəflərindən danışıb : "Prezident İlham Əliyevin elan etdiyi iqtisadi islahatlar kursu Azərbaycan iqtisadiyyatının 1996-cı ildən başlayan tsiklinin yeni mərhələyə keçidini və yeni iqtisadi modelin quruculuğunu təmin edir. 2016-cı ilin əvvəlindən bu günə qədər cənab Prezidentin qəbul etdiyi islahat aktlarının sayı 150-ni keçir ki, bu da özlüyündə iqtisadiyyatın inkişafı üçün 500 tapşırıq deməkdir. İslahatlar ili kimi yadda qalacaq 2016-cı ildə qəbul edilən Strateji Yol Xəritələri iqtisadi siyasətin sistemli, balanslı və elmi əsaslandırılmış formada aparılmasını təmin edir. Prezidentin dizayn verdiyi iqtisadi islahatlar üç əsas istiqaməti əhatə edir: struktur islahatları, biznes mühitinin təkmilləşdirilməsi (o cümlədən, təşviq mexanizmləri) və insan kapitalının inkişafı. Nəticə etibarı ilə iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, əhalinin sosial rifahı və iqtisadi təhlükəsizliyin təmin edilməsi əsas hədəflərdi."
Vüsal Qasımlı həmçinin bildirib ki, son illər Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində ölkəmiz beynəlxalq reytinqlərdə ciddi irəliləyiş əldə edib.
“İslahatların nəticəsində manatın sabitləşdirilməsi, inflyasiyanın nəzarət olunan həddə endirilməsi, qeyri-neft ixracatının həcminin və çeşidinin artması, həmçinin strateji valyuta ehtiyatlarının artımına nail olunmuşdur. İndiki halda əsas hədəf əldə edilmiş makroiqtisadi nailiyyəyətlərin real sektorun orta və uzunmüddətli dayanıqlı inkişafına transformasiya edilməsidir. Xüsusilə, maliyyə-bank sektorunun sağlamlaşdırılması, biznes mühitinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planının icrası və investisiya qoyuluşunun artması bu ildən başlayaraq iqtisadi artım tempinin bərpa edilməsinə gətirəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dövlət-özəl sektor dialoqu üçün bir platforma olaraq islahatların inklüzivliyi, effektivliyi və kommunikasiyası istiqamətində bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırdır. “
Qeyd edək ki, Alman-Azərbaycan Xarici Ticarət Palatasının və Avropa İttifaqinin təşkilatçılığı ilə reallaşan tədbirdə əsasən iqtisadi islahatlar, kənd təsərrüfatı və qida, ətraf mühit texnologiyaları, nəqliyyat və logistika, İKT və elektron ticarət mövzularından danışılıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır