Vüsal Qasımlı AHK üzvlərinə Azərbaycandakı yeni iqtisadi perspektivlərdən danışıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) üzvlərinin ümumi yığıncağında çıxış edib. Vüsal Qasımlı iş adamlarının toplantasında Azərbaycandakı yeni iqtisadi perspektivlərdən danışıb. Vüsal Qasımlı ilk öncə toplantı iştikaçılarının diqqətinə Azərbaycanın bu ilin sentyabr ayının 27-dən başlayaraq həyata keçirdiyi əks-hücum əməliyyatları və müzəffər ordunun əldə etdiyi qələbə barədə məlumatlar təqdim edib. Bildirib ki, hazırda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu strategiyası həyata keçirilir. Bu inkişaf strategiyası işğaldan azad olunan ərazilərin reinteqrasiyası və dəyər zəncirlərinə qoşulması ilə həyata keçiriləcəkdir.
İcraçı direktor bildirib ki, Qarabağın inkişaf strategiyasına uyğun olaraq, dövlət sərmayələri ilə yanaşı dövlət-özəl əməkdaşlığı formatından istifadə oluna bilər. Həmçinin Qarabağa yerli və xarici özəl sərmayələr, kreditlər, qrantlar, texniki yardım, kraudfandinq, kraudinvestinq, vençur kapitalı, mələk və toxum investisiyaları cəlb olunacaq. Qarabağda investorları cəlb edə biləcək strateji aktivlər, zəngin resurslar və xarici bazarlara çıxış imkanları var.
Onlayn keçirilən tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Dr. Wolfgang Manigin, AHK Azərbaycanın icraçı direktoru Tobias Baumann, AHK Azərbaycanın İdarə Heyətinin üzvü Fərid İsayev də çıxışlar ediblər. Qeyd edək ki, onlayn görüşdə AHK-nın 70-dən artıq üzvü iştirak edib.
V.Qasımlının çıxışı ilə təqdim olunan link vasitəsi ilə tanış olmaq mümkündür: https://bit.ly/36E6U7G








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib