"Video icmal" dövlət satınalmaları üzrə vahid internet portala həsr olunub
İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzinin (IITKM) hazirladiği “ Video icmal” dövlət satinalmalari üzrə yeni təqdim olunan vahid internet portalının fəaliyyətinə həsr olunub.
Qeyd edək ki, vahid internet portalı hər bir malgöndərənin iddiaçı kimi qeydiyyatdan keçməsi, onun elektron kabinetinin yaradılması, tender təklifinin təqdim edilməsi və verilməsi, tender komissiyasının virtual iclaslarının təşkil edilməsi, tenderdə iştirak haqqının ödənilməsi və bütün bu kimi proseslərin elektron qaydada həyata keçirilməsi üçün şərait yaradacaqdır.
Tətbiq edilən dəyişikliklərə əsasən satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq etməli və portalda yerləşdirməlidir. Bundan başqa, satınalan təşkilat ayda bir dəfədən çox olmayaraq satınalma planında dəyişiklik edə bilər və həmin dəyişiklik edildikdən sonra 5 bank günü ərzində məlumat, bu dəyişiklikliyə səbəb olan hüquqi əsas ilə birlikdə portalda təqdim edilməlidir.
Onu da qeyd etmək lazımdır ki, yeni elektron satınalma modeli üzrə tenderin keçirilməsi barədə elan tender təklifinin qiymətləndiriləcəyi gündən 20 bank günü əvvəl portalda yerləşdirilməlidir. Həmçinin, satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin artıq 1-5% aralığında deyil, 1 faizi məbləğində müəyyənləşdirəcək. Tender komissiyası isə 1 bank günü ərzində qərar qəbul edərək elektron qaydada bildiriş göndərəcək. Eləcə də, malgöndərənlərin şikayətlərinə 10 bank günü müddətində baxılacaqdır.
Əlavə olaraq, mikro, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin dövlət satınalmalarında iştriakı üçün daha əlverişli imkanların yaradılması istiqamətində daha bir yenilik ondan ibarətdir ki, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcək. Onu da vurğulamaq lazımdır ki, son dəyişikliklərə əsasən satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ona qədər olan malların satın alınması KOS subyektlərinin elektron satınalmada iştirakı vasitəsilə təmin olunacaq. “Video İcmal” bu link vasitəsi ilə tanış olmaq olar: http://iqtisadiislahat.org/vreview








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu