UNECE: Qadınların ticarətdə iştirakının asanlaşdırılması üzrə Azərbaycanın liderliyi “Azranking”in fəaliyyəti ilə bağlıdır
“Azərbaycan qadınların ticarətdə iştirakının asanlaşdırılması üzrə tədbirləri tam olaraq – 100 faiz – həyata keçirib. Bu sahədə əsas rolu 2016-cı ildə yaradılmış Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya oynayıb”. Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) təşkil etdiyi seminarda bu barədə məlumat verilib.
BMT-nin Cenevrədə yerləşən mənzil qərargahında keçirilən tədbirdə Dayanıqlı Ticarətin Asanlaşdırılması və BMT-nin Ticarətin Rəqəmsallaşdırılması İndeksi (TDI) üzrə müzakirələr aparılıb. Siyasətçilər, ticarət üzrə ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri BMT-nin Dayanıqlı və Rəqəmsal Ticarətin Asanlaşdırılması üzrə 2025-ci il Qlobal Sorğusunun nəticələrini müzakirə ediblər.
Seminarda iştirak edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Rəşad Nəcəfli bildirib ki, ekspertlər tərəfindən Azərbaycanın nailiyyətləri uğurlu nümunə kimi təqdim edilib və ölkənin müasir, inklüziv və dayanıqlı ticarət mühitinin qurulmasında əldə etdiyi nəticələr yüksək qiymətləndirilib.
Nəticələr Azərbaycanın bir sıra sahələrdə lider mövqedə olduğunu göstərir. Belə ki, ölkəmiz qadınların ticarətdə iştirakının asanlaşdırılması üzrə tədbirləri tam olaraq – 100 faiz – həyata keçirib. UNECE-nin İqtisadi Əməkdaşlıq və Ticarət Bölməsinin Ticarətin Asanlaşdırılması şöbəsinin rəhbəri xanım Mariya Tereza Pisani qeyd edib ki, bu sahədə əsas rol 2016-cı ildə yaradılmış Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyaya (Azranking) məxsusdur və komissiya qadın sahibkarlar üçün müntəzəm təlimlər təşkil etməklə fəaliyyətini davam etdirir. O həmçinin üzv ölkələr üzrə müqayisəli göstəriciləri təqdim edərək vurğulayıb ki, 2023-cü ildə 79 faiz olan ümumi regional göstərici 2025-ci ildə 82 faizə yüksəlsə də, qadınların ticarətdə iştirakının asanlaşdırılması (44 faiz) və yaşıl ticarətin asanlaşdırılması (29 faiz) hələ də zəif inkişaf etmiş sahələr olaraq qalır. Bu kontekstdə Azərbaycanın nailiyyətləri xüsusilə ön plana çıxır. Qadınların ticarətdə iştirakının asanlaşdırılması üzrə 100 faizlik göstərici ilə Azərbaycan, Özbəkistan (89 faiz) və Moldova (78 faiz) ilə yanaşı, lider ölkələrdən biri kimi qeyd olunub.
Yaşıl ticarətin asanlaşdırılması sahəsində isə Azərbaycan 92 faizlik nəticə əldə edib. Ölkəmiz Qazaxıstanın 42 faizlik göstəricisini xeyli qabaqlayaraq bu sahədə də regionda davamlı inkişaf siyasətinə inteqrasiyada lider mövqeyini nümayiş etdirib. Bu, ölkənin 2001-ci ildən BMT-nin Təhlükəli Tullantıların Transsərhəd Daşınmasının və Onların Zərərsizləşdirilməsinin İdarə Edilməsi üzrə Bazel Konvensiyasına və 2004-cü ildən Üzvi Çirkləndiricilərin Azaldılması üzrə Stokholm Konvensiyasına qoşulması, həmçinin eCITES tədbirlərinin tətbiqi ilə təmin olunub.
Bundan əlavə, Azərbaycanın Ümumi Ticarətin Asanlaşdırılması üzrə göstəricisi 2015-ci ildəki 47,31 faizdən 2025-ci ildə 92,47 faizə yüksəlib və UNECE regionunda ən yüksək artım tempinə malik ölkələrdən birinə çevrilib. Bu nailiyyətlər şəffaflıq, prosedurların sadələşdirilməsi və institusional əməkdaşlıq tədbirlərinin tam icrası, eləcə də kağızsız ticarətin inkişafı (92,59 faiz) sayəsində mümkün olub.
Seminarda UNCTAD-dan Poul Hansen, UNECE-dən Mariya Tereza Pisani və ESCAP-dan Yann Duval kimi nüfuzlu ekspertlərlə yanaşı, ÜTT, OECD, Dünya Bankı və UNEP nümayəndələri də çıxış ediblər. Çıxışlarda rəqəmsal ticarət, inklüzivlik və dayanıqlılıq istiqamətlərində səylərin gücləndirilməsinin vacibliyi, həmçinin Ticarətin Rəqəmsallaşdırılması İndeksinin (TDI) 2026-cı il üçün daha geniş müqayisə aləti kimi inkişaf etdirilməsi vurğulanıb. Azərbaycanın əldə etdiyi nəticələr ölkəmizin ən yaxşı beynəlxalq təcrübələrlə uzlaşmağa davam etdiyini və qlobal ticarətdə etibarlı və strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdiyini bir daha təsdiq edir.
Mənbə:Davamlı ticarətin asanlaşdırılması və BMT Ticarətin Rəqəmsallaşdırılması İndeksi üzrə seminar
https://unctad.org/meeting/workshop-sustainable-trade-facilitation-and-un-trade-digitalization-index








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu