UNEC Radioda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə birgə “Export Time” verlişi fəaliyyətə başlayacaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə UNEC Radioda “Export Time” verlişi fəaliyyətə başlayacaq. Veriliş çərçivəsində Azərbaycan ixrac siyasəti, dövlətin ixraca dəstəyi, ixracın yüksəldilməsi və çevik dövlət xidmətlərinin göstərilməsi, o cümlədən aylıq, rüblük və illik ixracla bağlı təhlillər, qanunvericilik dəyişiklikləri müzakirə olunacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həyata keçirdiyi iqtisadi islahatların məntiqi nəticəsi olaraq sahibkarlıq, təhsil və elm klasterinin formalaşması ölkəmizin innovativ və rəqəmsal iqtisadiyyata doğru getməsini şərtləndirir.
Strateji Yol Xəritələrinin innovativ və elm tutumlu iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı strateji məqsədlərini əsas tutaraq, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi UNEClə birgə gənclərin iqtisadi biliklərinin yüksəldilməsi, sahibkarlıq düşüncə tərzinin aşılanması və ixraca dayanan iqtisadi artım mövzularında müzakirələr aparacaqdır. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə elm tutumlu iqtisadiyyatın və ixraca söykənən iqtisadi inkişafın gənc iqtisadçı və sahibkarların yetişməsi və formalaşması şəraitində mümkün olacağını bildirib: “ Strateji Yol Xəritələrinin strateji hədəflərinə əsasən qeyd etmək istəyirəm ki, sürətli iqtisadi artımın insan kapitalının inkişafından asılı olması beynəlxalq nümunələrlə sübut olunub. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ixracatçı subyektlərə dəstək göstərməklə bərabər, sahibkarların maarifləndirilməsi və korporativ idarəetmə prinsiplərini aşılayır. Sonuncu layihə də maarifləndirmə xarakterli olmaqla, həmçinin gənc iqtisadçıların ixrac siyasəti ilə əlaqədar bilik və bacarıqlarının yüksəldilməsinə hesablanıb.”
Verilişin aparıcısı və UNEC Digital Marketinq Mərkəzinin rəhbəri Ramil Cabbarov bildirib ki, efir müddətində ixrac həyata keçirən şirkətlər üçün innovativ təşviqat yolları, sosial medianın yaratdığı imkanlardan, xarici bazarların operativ və spesifik araşdırmalarından danışılacaq.
Qeyd edək ki, “Export Time” verlişi ayda 2 dəfə olmaqla, UNEC radioda yayımlanacaq.

Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf