“Türk iqtisadi icmalı” səkkiz dildə nəşr olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Türk iqtisadi icmalı”nın üçüncü sayını təqdim edib. Bu dəfəki statistik bülleten 2022-ci ilin yanvar-sentyabr ayları üzrə əsas iqtisadi göstəriciləri əhatə edir. “Türk iqtisadi icmalı”nın üçüncü sayı iki bölmədən ibarətdir: Birinci bölmədə Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinə dair ümumi baxış təqdim edilib, onların ərazi, əhali, ümumi daxili məhsul (ÜDM) və ticarət dövriyyəsi üzrə ümumiləşdirilmiş göstəriciləri və dünyadakı payı təsvir edilib, türk ölkələrinin ayrı-ayrılıqda ÜDM artımının müqayisəsi aparılıb.
“Türk iqtisadi icmalı”nın üçüncü sayında ilk dəfə olaraq ölkələr siyahısına Macarıstan və Türkmənistan əlavə edilib. İcmalın üçüncü sayında Macar dilində məlumatlar əlavə edilib və ümumilikdə buraxılış 8 dildə həyata keçirilib.
İcmalın Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçilərə ümumi baxış statistikasında göstərilib ki, 2021-ci il üzrə Türk dövlətlərinin ÜDM-i 1 383,0 milyard ABŞ dolları, ticarət dövriyyəsi 855,7 milyard ABŞ dolları təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin ilk doqquz ayında Türkiyə iqtisadiyyatı 3,9 faiz, Azərbaycan iqtisadiyyatı 5,6 faiz, Macarıstan iqtisadiyyatı 6,1 faiz, Türkmənistan iqtisadiyyatı 6,2 faiz, Özbəkistan iqtisadiyyatı 5,8 faiz, Qırğızıstan iqtisadiyyatı 7,2 faiz, Qazaxıstan iqtisadiyyatı isə 2,8 faiz böyüyüb.
Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 100 faizlə Türkiyədədir. Türkiyənin dövlət büdcəsinin gəlirləri 104 739,1 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 29 270.9 milyon ABŞ dolları) və Azərbaycan (ticarət balansı 20 669.6 milyon ABŞ dolları) malikdir. İlin ilk doqquz ayı ərzində Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrdə əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilir.
Qeyd edək ki, “Türk iqtisadi icmalı”nın üçüncü bölməsində Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın 2022-ci ilin yanvar-sentyabr ayları üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib.
“Türk iqtisadi icmalı” statistik nəşrinin Azərbaycan variantı ilə bu linkdən https://bit.ly/3GfcAFT, ingilis variantı ilə bu linkdən https://bit.ly/397orZR, rus variantı ilə bu linkdən https://bit.ly/3GNtH1l, türk variantı ilə bu linkdən https://bit.ly/3MjE2Dg, macar variantı ilə bu https://bit.ly/3hSRiWt linkdən, özbək variantı ilə bu linkdən https://bit.ly/3NU4YKS, qazax variantı ilə bu linkdən https://bit.ly/38YUknH və qırğız variantı ilə bu linkdən https://bit.ly/3zg6C5F tanış olmaq mümkündür.
Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Qeyri-neft-qaz xidmət ixracı 37,1% artaraq 4,6 milyard ABŞ dolları olub
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”