“Türk iqtisadi icmalı”nın 2024-cü ilin birinci yarısı üzrə buraxılışı dərc olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birlikdə “Türk iqtisadi icmalı”nı 8 dildə təqdim edir. İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin hazırladığı İcmalın növbəti sayı 2024-cü ilin yanvar-iyun aylarını əhatə edir. Hesabatda Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrinə dair məlumatlar əks olunub. Bülletendə iqtisadi artım, sənaye və kənd təsərrüfatı, investisiyalar, dövlət büdcəsi, bank aktivləri və ticarət dinamikasına dair statistik göstəricilər verilib.
2024-cü ilin birinci yarısında Türk dövlətlərinin ümumi ÜDM-si təxminən 900,4 milyard ABŞ dolları təşkil edib ki, bu da həmin dövr üzrə 54 trilyon ABŞ dolları həcmində proqnozlaşdırılan qlobal ümumi daxili məhsul həcminin 1.7%-ni təşkil edir. Türk dövlətlərinin orta ÜDM artım sürəti 5.98% olub ki, dünya üzrə bu göstərici 3.1% təşkil edib. Türk dövlətlərinin iqtisadi artım tempi orta qlobal göstərici ilə müqayisədə təxminən 2 dəfə yüksəkdir, bu da onların sürətli inkişafını və iqtisadi blok kimi mövqeyinin gücləndiyini göstərir.
Türkdilli dövlətlər arasında ÜDM artımının yüksək tempinə görə Türkiyə 13,67% ilə öndədir və 594,9 milyard dollar ÜDM həcmi ilə TDT ölkələri arasında ən böyük iqtisadiyyata sahibdir. Qırğızıstan 8.1%, Özbəkistan 6.4%, Qazaxıstan və Azərbaycan isə müvafiq olaraq 4.1% və 4.3% artımla sabit inkişaf nümayiş etdirir.
Sənaye istehsalı artımında Özbəkistan 7.8% ilə öndədir. Qazaxıstan 2.9%, Azərbaycan və Qırğızıstan isə müvafiq olaraq 0.9% və 1% artım göstərib. Türkiyə isə sənayedə 1.55% azalıb, lakin bu sektor yenə də 123.5 milyard dollar ilə əhəmiyyətli həcmə malikdir. Kənd təsərrüfatı sahəsində Özbəkistan 3.8% artımla önə çıxıb, Qazaxıstan 3.7%, Qırğızıstan 3.3%, Azərbaycan 0.3% artım nümayiş etdirib.
Hesabat dövründə Türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 508,8 milyard ABŞ dolları olub ki, bu da həmin dövr üzrə 16 trilyon ABŞ dolları həcmində proqnozlaşdırılan dünya ticarət dövriyyəsinin 3.18%-ni təşkil edir. Sürətli iqtisadi artım və genişlənməkdə olan ticarət əməliyyatları gələcəkdə Türk dövlətlərinin qlobal bazarda mövqeyini daha da gücləndirəcək.
Qazaxıstanda ticarət balansı müsbət 11.6 milyard dollar təşkil edib. Türkiyənin ticarət kəsiri -42.5 milyard dollar, Özbəkistan və Qırğızıstan isə müvafiq olaraq -5.8 milyard və -4.4 milyard təşkil edib.
İnvestisiya artımı üzrə Qırğızıstan 60.5% ilə ən yüksək nəticəni göstərir. Özbəkistan və Türkiyə müvafiq olaraq 36.6% və 12.37% artım nümayiş etdirir. Azərbaycanın investisiya artımı 9.4% olub. Qırğızıstan bank sektorunda 31.7% artımla önə çıxır, Özbəkistan 20%, Türkiyə isə 16.57% artım göstərir. Azərbaycanın bank aktivləri 2.3% artıb.
Türkiyə və Azərbaycan büdcə gəlirlərində müvafiq olaraq 26.34% və 21.7% artım nümayiş etdirir, lakin Türkiyə büdcə xərclərində 20.11% yüksək artım göstərir. Qazaxıstan büdcə gəlirlərində və xərclərində 4% artım nümayiş etdirərək sabit maliyyə idarəçiliyini nümayiş etdirir. Özbəkistan büdcə gəlirlərində 18.3%, xərclərində isə nisbətən daha mülayim artım nümayiş etdirib. Qırğızıstanda büdcə gəlirləri 24.7% artıb, lakin xərclər cəmi 6% artımla məhdudlaşıb, bu da ölkədə ehtiyatlı büdcə siyasətinin göstəricisidir.
İqtisadi potensialın artırılması üçün strateji yanaşmaların tətbiqi vacib amildir. Bu baxımdan Türk İqtisadi İcmalı türkdilli dövlətlərin iqtisadi potensialını önə çıxarır, müxtəlif sektorlarda əhəmiyyətli artımı vurğulayır. Hesabatın nəticələrinə görə, ÜDM artımı, müsbət kənd təsərrüfatı tendensiyaları və artan sabit investisiyalarla region dayanıqlı inkişaf üçün yaxşı mövqedədir.
“Türk iqtisadi icmalı” TDT-yə daxil olan üzv və müşahidəçi dövlətlərin dillərində və eləcə də ingilis dilində olmaqla, ənənəvi olaraq, ümumilikdə 8 dildə təqdim edilir. Aşağıdakı linklərdən həmin dillərdə olan nəşrlərlə tanış ola bilərsiniz:
Azərbaycan dilində: https://tinyurl.com/yc6xydwc
ingilis dilində: https://tinyurl.com/4xac4t7p
rus dilində: https://tinyurl.com/5n8fp9z6
türk dilində: https://tinyurl.com/22da2d9m
macar dilində: https://tinyurl.com/3t5c5s7b
özbək dilində: https://tinyurl.com/ycyuu35w
qazax dilində: https://tinyurl.com/bzpwn7bu
qırğız dilində: https://tinyurl.com/ybnxuj6j
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise