Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Macarıstanda Qarabağdan danışıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Ayhan Satıcı Macarıstanın paytaxtı Budapeştdə Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun təşkil etdiyi “Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi transformasiya” adlı konfransda çıxış edib.
A.Satıcı konfransın əsas mövzusuna uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdikdən sonra geosiyasi və geoiqtisadi vəziyyətin transformasiyası, eləcə də Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçirilən layihələrdən danışıb. O deyib ki, Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var. Belə ki, dəhlizin mövcudluğu regional münasibətlərə müsbət təsir göstərəcək, nəticədə Cənubi Qafqazda iqtisadi əməkdaşlığın qurulmasında mühüm rol oynayacaq.
TDAM-ın rəhbəri, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, bu prioritetlərə əsaslanaraq hazırlanmış “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” haqqında məlumat verib.
A.Satıcı bölgədə əlavə dəyər yaradan bərpa-quruculuq işləri haqqında danışıb və "Araz Vadisi İqtisadi Zonası” haqqında iştirakçılara və ekspertlərə ətraflı məlumat verib.
Ekspertlərin müzakirələri ilə davam edən konfransda bir sıra ölkələrin Macarıstanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri və araşdırma mərkəzlərinin tədqiqatçıları da iştirak ediblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib