Tranzit yükdaşımalarının təşviqinə dair Fəaliyyət Planının indikator cədvəli hazırlanacaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” üzrə 2024-cü il üçün hədəflərin müəyyənləşdirilməsi və indikatorlar cədvəlinin hazırlanmasına dair müzakirə aparılıb.
İİTKM-in şöbə müdiri Aqil Əsədov müzakirəyə dair ilkin məlumat verib. O qeyd edib ki, Prezidentin Sərəncamı ilə təsdiq edilmiş Fəaliyyət Planında 3 prioritet istiqamət üzrə tədbirlərin görülməsi nəzərdə tutulur. Müzakirədə Fəaliyyət Planı üzrə əlaqələndirici qurum olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə yanaşı digər əsas icraçı qurumların nümayəndələri, eləcə də İİTKM-in müvafiq əməkdaşları iştirak ediblər.
Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin rəhbəri Təranə Salıfova Fəaliyyət Planının nəticəəsaslı monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə Tədbirlər Planında nəzərdə tutulan ilkin, aralıq və yekun nəticə indikatorları üzrə hədəflərin müəyyənləşdirilməsinə dair ilkin məlumatları təqdim edib. Həmçinin vahid indikatorlar cədvəlinin hazırlanması, monitorinq və qiymətləndirmə metodologiyası və s. məsələlər haqqında geniş məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Sonda Tədbirlər Planında müəyyən edilmiş nəticə indikatorlarının, 2024-2026-cı illəri əhatə edən hədəf göstəricilərinin müvafiq əsas və digər icraçı qurumların birgə iştirakı ilə illik olaraq tərtib olunması qərara alınıb.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf