Tikintiyə dair islahatlar sahibkarlara təqdim olundu
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tikintiyə icazə verilməsi üzrə vahid yanaşma prinsipinin formalaşdırılması ilə səmərəliliyin və şəffaflığın artırılması məqsədilə ilə imzaladığı Fərmana əsasən “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” təsdiq edilib.
Yeni qayda üzrə müəyyən olunan əsas prinsiplər ayrı-ayrı prosedurların xüsusiyyətlərini və hər bir prosedur üzrə günlərin sayını optimallaşdırmaq, tikinti fəaliyyəti sahəsində sahibkar üçün əlverişli mühit formalaşdırmaq və dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması ilə səmərəli idarəçiliyin təşkilini təmin etməkdir.
Bu məqsədlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi üzrə aparılmış islahatların tikinti şirkətlərinə kommunikasiyası həyata keçirilib. Müzakirə zamanı bildirilib ki, yeni kompleks biznes islahatı tədbirlərinə uyğun olaraq biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nəzdnində yaradılan və əlaqədar qurumların nümayəndələrinin təmsil olunduğu işçi qrupunun mütəmadi görüşləri də təşkil olunur. Eyni zamanda, aidiyyəti qurumların təlimləri həyata keçirilir.
Tikinti şirkətləri ilə görüş zamanı bildirilib ki, yeni qaydalara əsasən tikintiyə və tikinti obyektinin istismarına icazə ödənişsiz şəkildə aparılır, tikintiyə icazə alınması istiqamətində bütün aidiyyəti qurumlardan rəylər və texniki şərtlərin alınması tam olaraq sahibkarın iştirakı olmadan elektron qaydada həyata keçirilir. Eyni zamanda, tikintiyə və istismara icazənin əldə olunması üzrə sahibkarın keçməli olduğu tələb olunan prosedurların və günlərin sayı azaldılmaqla, sahibkarlar üçün daha operativ, şəffaf və səmərəli mühit formalaşdırılır.
Əlavə edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən kompleks biznes islahatı tədbirlərindən biri kimi qeyd olunan tikinti sahəsində həyata keçirilən islahatlar, “Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritə”si üzrə nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edərək, biznes mühitinin və azad rəqabət mexanizminin inkişaf etdirilməsinə, ölkənin beynəlxalq reytinq qiymətləndirmələrində mövqeyinin irəliləməsinə şərait yaradacağı gözlənilir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu