“Tikinti və istismara icazələrin verilməsi sahəsində xidmətlərin rəqəmsallaşdırılması” mövzusunda görüş keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Tikintiyə icazələrin verilməsi'' işçi qrupunun 2022-ci il üçün fəaliyyət planına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintiyə və istismara icazələrin verilməsi üzrə “Bir pəncərə” (www.birpencere.arxkom.gov.az ) elektron müraciət sisteminin üstünlükləri və əlavə edilmiş yeni funksiyalarla tanışlıq məqsədi ilə növbəti maarifləndirici görüş keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində təşkil edilən görüşə tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin, layihə təşkilatlarının, hüquq şirkətlərinin nümayəndələri, biznes assosiyasiyalarının, ictimai birliklərin üzvləri və fərdi sahibkarlar, o cümlədən tikintiyə icazə icraatında iştirak edən aidiyyəti dövlət qurumlarının əməkdaşları qatılıb.
Tədbir iştirakçılarına işçi qrup tərəfindən bugünədək keçirilmiş iclasların nəticələri, görülmüş işlər barədə ətraflı məlumat verilib. “Bir pəncərə” sisteminin iş mexanizmi nümayiş olunub, istifadəçinin elektron kabineti vasitəsilə test müraciətin bütün mərhələləri, o cümlədən tikinti layihəsinin elektron qaydada portala yüklənməsindən başlayaraq aidiyyəti dövlət qurumlarının rəylərinin onlayn şəkildə toplanması və nəticədə elektron icazənin alınmasınadək bütün proses əyani formada təqdim edilib. Bildirilib ki, hazırda Komitə tərəfindən sistemin daha da təkmilləşdirilməsi və hər bölmənin ölkə üzrə tətbiq olunması istiqamətində işlər davam etdirilir.
Həmçinin görüşdə şəhərsalma nəzarətinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb, yeni tikilən yaşayış binalarının şəhərin ümumi görünüşünə xələl gətirməməsi üçün fasad pasportunun yaradılmasının önəmindən, ictimai nəzarətin özbaşına tikinti işlərinə təsir gücündən danışılıb.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilərək qeydə alınıb, sistemin imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib