Ticarətə Hazır layihəsinin ikinci hissəsi başa çatıb
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının “ITC” (İnternational Trade Center) ilə birlikdə “Ticarətə Hazır: e-Logistics” layihəsi çərçivəsində 04 – 14 avqust 2020-ci il tarixlərində keçirilən təlimləri yekunlaşıb.
Azexport.az portalının rəhbəri Ayxan Qədəşov bildirir ki, “Zoom” tətbiqi vasitəsilə onlayn olaraq həyata keçirilən təlimə ümumilikdə 150-dən artıq sahibkar qatılıb. Təlimlər əsasən Sinqapur Loqistika Assosiasiyasının idarə heyətinin üzvü, ASEAN-nın və digər nüfuzlu qurumların nümayəndəsi olan EE Khong Kie, Max tərəfindən tədris olunub. İngilis dilində tədris olunan təlimlər sinxron olaraq Azərbaycan dilinə də tərcümə olunub. Təlim ərəfəsində iştirakçılara loqistika əməliyyatları, loqistika infkrastrukturu, COVID-19 dövründə loqistikanın təşkili, həmçinin, beynəlxalq loqistikanın sinifləndirilməsinə dair geniş məlumatlar təqdim olunmuşdur.
Qeyd edək ki, Təlimlərdə 70 faizdən artıq iştirak göstəricisi olan 39 iştirakçıya “QR kod” qorunma nişanı ilə təchiz olunmuş elektron sertifikat verilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib