Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydaları təsdiq edilib

Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydaları təsdiq edilib

Fərmana əsasən “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası” təsdiq ediləcək.

Nazirlər Kabineti iki ay müddətində normativ hüquqi aktları bu Fərmana uyğunlaşdırılmasını və elektron vergi hesab-fakturasının vahid formasını on beş gün müddətində təsdiq edilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi müvəkkil bankı (bankları) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəyini nəzərə almaqla və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırmaqla on beş gün müddətində müəyyən etdəcək.

Prezidentin tapşırığı ilə ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə həmin Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun vergi orqanının və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını ilk ticarət festivalından əvvəl vergi orqanlarının büdcədənkənar fond hesabına təmin ediləcək.

Fərmana əsasən vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyi, risklərin azaldılması və əlavə dəyər vergisinin qaytarılması ilə bağlı prosedurların asanlaşdırılması məqsədilə malların fiziki yoxlanmasının həmin Qaydanın tələblərinə uyğun olaraq risk qiymətləndirmə sistemi əsasında həyata keçirilməsi təmin ediləcək.

 Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat, təşviqat və məlumatlandırma tədbirlərini, o cümlədən kütləvi informasiya vasitələrində və sistemə qoşulacaq ticarət obyektlərində videoçarxların yayımlanmasını təmin edəcək. Həmçinin  stikerin formasını və tətbiqi qaydasını müəyyən edəcək.

 Festivalların yüksək səviyyədə keçirilməsi məqsədi ilə Vergilər Nazirliyinin ticarət festivallarında əlavə dəyər vergisinin qaytarılması prosesində iştirak edən əməkdaşlarına təlimlər keçriləcək və onların maarifləndirilməsi təmin ediləcək.

 Maliyyə Nazirliyi  ticarət festivalları dövründə alıcı tərəfindən ödənilmiş əlavə dəyər vergisinin, bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin edəcək.

 Qaydanın məqsədləri üçün müvəkkil banka avans şəklində köçürüləcək minimum məbləği iki ay müddətində müəyyən ediləcək. Həmin məbləğ nəzərdə tutulmuş qaydada ödənişi təmin edəcək

Prezident bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına tapşırıb ki, Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və digər səlahiyyətli dövlət qurumlara kömək etsin