TDAM rəhbəri Vüsalə Cəfərova TDT Baş Katibinin müavini ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Baş Katibinin müavini Ömər Kocaman ilə görüş keçirib. Görüşdə “Türk Dünyası 2040 Vizyonu” və TDT-nin 2022-2026-cı illər üzrə strategiyası, nəqliyyat, maliyyə və ticarətin asanlaşdırılması sahələrində türk dövlətləri arasında inteqrasiya məsələləri geniş müzakirə olunub.
Ömər Kocaman bildirib ki, türk dövlətləri arasında iqtisadi inteqrasiyanın yol xəritəsinin hazırlanması vacibdir və bu istiqamətdə TDAM ilə əməkdaşlıq önəm kəsb edir. Vüsalə Cəfərova isə vurğulayıb ki, rəhbərlik etdiyi mərkəzin hazırladığı tədqiqat işləri inteqrasiya prosesində mühüm rol oynayacaq və Türk dünyasında iqtisadi əməkdaşlığın artırılmasında faydalı olacaq. Türk dünyasının iqtisadi inteqrasiyasını və əməkdaşlığını gücləndirmək məqsədi ilə TDAM gələcəkdə də bu istiqamətdə fəaliyyətlərini genişləndirərək Türk Dövlətləri Təşkilatı ilə birgə yeni layihələr və təşəbbüslər həyata keçirməyi planlaşdırır.
Sonda Vüsalə Cəfərova İİTKM-in hazırladığı dövri “Türk İqtisadi İcmalı” və “Türk dövlətləri iqtisadiyyatı” kitabını Ömər Kocamana təqdim edib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib