TDAM rəhbəri Almatıda keçirilən beynəlxalq elmi konfransda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin Beynəlxalq münasibətlər fakültəsi və Beynəlxalq Elmin İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə “Mərkəzi Asiya – Cənubi Qafqaz – Yaxın Şərq üçbucağında təhlükəsizlik, geosiyasət və türk inteqrasiyası” mövzusunda hibrid formatda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə edib.
Beynəlxalq konfransın əsas məqsədi Mərkəzi Asiya-Cənubi Qafqaz-Yaxın Şərq münasibətlər sistemində mövcud geosiyasi proseslərin və təhlükəsizlik problemlərinin müzakirəsi, dörd əsas sahədə – makroregionun geosiyasi transformasiyaları, regional təhlükəsizlik, türk inteqrasiyasının potensialı və məhdudiyyətləri, həmçinin geoiqtisadi və siyasi qarışıqlıq şəraitində beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin davamlı inkişafı istiqamətində praktiki tövsiyələrin hazırlanması olub.
TDAM-ın rəhbəri İlyas Hüseynov “Mərkəzi Asiya-Cənubi Qafqaz-Yaxın Şərqin qovşağında təhlükəsizlik, geosiyasət və regional inteqrasiya Türk Dövlətləri Təşkilatının rolu” (Security, Geopolitics, and Regional Integration in the Central Asia-South Caucasus-Middle East Nexus: The Role of the Organization of Turkic States) mövzusunda məruzə edib. O, Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, diplomatik, iqtisadi, nəqliyyat, mədəni və humanitar sahədə əməkdaşlığın roluna, eləcə də Orta dəhlizin və multimodal logistikanın potensialına diqqəti cəlb edib.
Beynəlxalq konfrans makro bölgədə qlobal güclərin rəqabətinin təsiri, regional balansın transformasiyası, münaqişələrin və sanksiya rejimlərinin nəticələri, terrorizm, ekstremizm və digər risklər daxil olmaqla təhlükəsizlik arxitekturasının kompleks təhlilinə yönəlib. Müzakirələr zamanı preventiv diplomatiya mexanizmləri, etimad quruculuğu tədbirləri və xarici siyasət qərarlarına analitik dəstək, eləcə də akademik ictimaiyyət, beyin mərkəzləri, dövlət qurumları və beynəlxalq qurumlar arasında qarşılıqlı fəaliyyətin praktik modelləri araşdırılıb.
Beynəlxalq konfransda alimlər, ekspertlər, siyasi və ictimai xadimlər, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib