Sumqayıtda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə regionlarda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələrin növbətisi Sumqayıtda keçirilib. Müzakirə zamanı Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov, Sumqayit Şəhər İcra Hakimiyyəti başçısının I müavini Faiq Kərimov və millət vəkili Tahir Mirkişili çıxışlar ediblər. Onlar bildiriblər ki, Abşeron iqtisadi rayonunun ölkədə aparılan iqtisadi islahatların fonunda əhəmiyyətli inkişafı nəzərə çarpır. Sumqayıtın sənaye potensialı ölkənin qeyri-neft ixracının artımı və iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir. Xüsusilə, Kimya Sənaye Parkında polimer, iri diametrli polietilen boru, polad boru və şüşə lövhələrin istehsalı təkcə qeyri-neft sənayesi üçün deyil, bütövlükdə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafına xidmət edir. Sumqayıt Texnologiyalar Parkı ölkədə iqtisadi modernizasiya siyasətinin parlaq nümunəsidir. Abşeron iqtisadi rayonu həm də turizm və kənd təsərrüfatının da inkişafı üçün potensiala malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar Abşeron iqtisadi rayonunda sahibkarlığın inkişafı üçün münbit şərait yaradıb. Təsadüfi deyil ki, bu bölgənin şirkətləri Azexport.az portalı vasitəsilə qeyri-neft sektoru məhsullarına sifarişlər alırlar.
İctimai müzakirələr zamanı Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Departament rəhbəri Ayaz Çaparlı və İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov iqtisadi islahatlar barədə prezentasiyalar təqdim ediblər. Tədbirdə Vergilər nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin rəhbəri Abbas İsmayılov və Kənd Təsərrüfatı Nazirliyinin regional nümayəndələri də iştirak edib.
Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı müzakirələrə yekun vuraraq bildirib ki, Abşeron iqtisadi rayonunun sənaye, turizm, nəqliyyat və aqrar sahədəki potensialının daha səmərəli istifadəsi üçün iqtisadi islahatlar geniş imkanlar açır. Bu baxımdan ictimai məlumatlılığın və iştirakçılığın təmin edilməsi islahatların gətirdiyi faydaları daha yaxşı mənimsəməyə imkan verir. Eyni zamanda region ictimaiyyətinin rəyi yeni islahatların həyata keçirilməsi zamanı nəzərə alınır. İndiyə qədər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Ağdam, Şəki, Quba, İsmayıllı və Gəncədə 1000-dən artıq ictimaiyyət nümayəndələri ilə birlikdə belə müzakirələr aparılıb.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu