“Strateji Yol Xəritəsi: nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, AMEA İqtisadiyyat İnstitutu ilə birlikdə “Strateji Yol Xəritəsi: nailiyyətlər və persperktivlər” mövzusunda elmi-praktik konfrans təşkil edib. Konfransı giriş sözü ilə AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli açıb. O konfransın keçirilməsinin mahiyyəti barədə danışaraq bildirib ki, Strateji Yol Xəritəsi Azərbaycanın yaxın və uzaq gələcyini müəyyənləşdirən, iqtisadiyyatın konturlarını cızan böyük bir sənəddir. Məhz bu baxımdan bu sənəd həlledici dərəcədə mühüm bir sənəddir. Ona görə də strateji yol xəritələrində nəzərdə tutulan işlərin icrası ilə bağlı bütün məsələlər olduqca vacibdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ictimai mühazirəsi zamanı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yeni nəsil iqtisadi islahatlar ölkədə yeni iqtisadi modelin əsasını qoyur. Fiskal siyasətdə yeni fiskal qaydalar, ortamüddətli büdcə xərcləri çərçivəsi və nəticə əsaslı büdcə prinsipinə keçid baş verir. Monetar siyasətdə üzən məzənnə rejiminə keçid və bank sektorundakı islahatlar mühüm əhəmiyyət kəsb edir. Beləliklə, fiskal və monetar siyasətin kombinasiyası qururlur. Eyni zamanda biznes mühiti islahatlarının davam etməsi və təşviq layihələrinin həyata keçirilməsi real sektorun canlanmasına istiqamətlənib.
V.Qasımlı əlavə edib ki, yeni iqtisadi modelin qurulmasında insan kapitalının rolu mühümdür. Buna görə də təhsil və elm sahəsinin inkişafı iqtisadiyyatı həm kadrla təmin edəcək, həm də innovasiya ehtiyacları ödəniləcək. AMEA-da ölkənin elmi potensialı cəmlənib. Cənab Prezidentin rəhbərliyilə aparılan iqtisadi islahatlara ölkənin elmi potensialının böyük töhfə vermək imkanı var. Elmi resursların mobilizasiyası, düzgün istifadəsi, bazar tələblərinə və inkişaf trendlərinə uyğunlaşdırılması böyük əhəmiyyət kəsb edir.
O vurğulayıb ki, Azərbaycan təhsil ocaqları, o cümlədən ali və orta ixtisas təhsili analoq iqtisadiyyatdan rəqəmsal iqtisadiyyata keçid zamanı yaranmış çağırışlara cavab verməlidir. Getdikcə əmək bazarında koqnitiv, sistem, kontent yaratma və mürəkkəb problemlərin həlli qabiliyyətinə daha çox ehtiyac yaranacaq. Bunun üçün də elm-təhsil-biznes üçbucağının əməkdaşlığı daha da güclənməlidir.
Daha sonra AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) Strateji Yol Xəritələrinin yazılmasında AMEA-nın bir neçə, o cümlədən İqtisadiyyat İnsitututunun da fəal iştirakını xatırladaraq, “Azərbaycan iqtisadiyyatının liberallıq potensialı və Strateji Yol Xəritələrinin əsas vektorları” adlı məruzə ilə çıxış edib.
Yekunda AMEA İqtisadiyyat İnstitutunun müəllim-professor, elmi işçi heyəti konfransın mövzusu çərçivəsində onları maraqlandıran sualları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoruna ünvanlayıblar. Konfransda mövzu üzrə geniş va maraqlı müzakirələr aparılıb.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu