Strateji Yol Xəritəsi avropalı diplomatlara təqdim olundu
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqı ölkələrinin Azərbaycanda olan səfirləri ilə görüşüb. Görüşdə məqsəd Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş Milli iqtisadiyyatın strateji yol xəritələrini avropalı diplomatlara təqdim etmək olub. Xüsusi olaraq vurğulanıb ki, Strateji Yol Xəritəsi Azərbaycan iqtisadiyyatının qlobal və regional çağırışlara cavab verməsinə hesablanıb. Strateji Yol Xəritəsində biznes mühitinin inkişafı, dövlət müssəsilərinin idarə edilməsinin səmərəliliyinin artırılması, monetar və fiskal siyasətin yeni dövrün tələbinə uyğunlaşdırılması sahəsində suallara toxunulub. Avopalı səfirlər xüsusilə, turizm, maliyyə-bank, kənd təsərrüfatı, sənaye sahəsində aparılacaq işlərlə maraqlanıblar. V.Qasımlı sonda avropalı diplomatların Strateji Yol Xəritəsi ilə bağlı suallarına aydınlıq gətirib.
Görüş Avropa İttifaqının Azərbaycan nümayəndəliyində keçirilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib