Strateji Yol Xəritələri yaşıl iqtisadiyyata keçidə töhfə verir
Bakıda BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO) və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə "Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalat" (RSDTİ) layihəsinin yekun Milli Konfransı keçirilib. Konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki, iqtisad üzrə fəlsəfə doktoru Ramil Hüseyn strateji yol xəritələrinin yaşıl iqtisadiyyata keçid prosesinə töhfəsi ilə bağlı çıxış edib.
Ramil Hüseyn çıxışında bildirib ki, strateji yol xəritələri çərçivəsində həyata keçiriləcək tədbirlər nəticəsində Azərbaycanda davamlı iqtisadi inkişafa, resurslardan qənaətlə istifadənin genişləndirilməsinə, ətraf mühitə atılan zərərli maddələrin həcminin azaldılmasına nail olunacaq.
O, vurğulayıb ki, yaşıl iqtisadiyyata keçid və resurslardan səmərəli istifadə məsələsi 4 strateji yol xəritəsində əksini tapıb. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə konkret olaraq, “Aqrar sahədə “yaşıl iqtisadiyyat”a keçid potensialının qiymətləndirilməsi və istixanaların istilik təchizatında alternativ enerji mənbələrindən istifadə edilməsi” məsələsi qoyulub.
“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” nin 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışında isə vurğulanır ki, KOS subyektlərinin alternativ və bərpaolunan enerji mənbələrinə cıxışının stimullaşdırılması və “yaşıl iqtisadiyyat”a kecidi ilə əlaqədar olaraq hüquqi çərçivə və maliyyələşdirmə təşəbbüsləri ilə bağlı tədbirlər həyata keçiriləcək.
“Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə isə beynəlxalq məsləhətçilər cəlb edilməklə qənaətli istehsal metodları üzrə təhlil aparılması ilə bağlı tədbirlər nəzərdə tutulub.
“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə elektrik və istilik enerjisindən, qazdan səmərəli istifadə edilməsi ilə bağlı tədbirlər əksini tapıb.
R.Hüseynin çıxışından sonra ölkədə "yaşıl iqtisadiyyat"a keçidin hazırkı vəziyyəti və bu sahədə atılmalı olan addımlar müzakirə edilib. Tədbirdə UNİDO-nun, İqtisadiyyat Nazirliyinin,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Avropa İttifaqının və sahə ilə əlaqədar digər qurumların nümayəndələri iştirak ediblər









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır