“Startup School Naxçıvan” layihəsi çərçivəsində təlim və mentorluq proqramına start verilir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə təşəbbüsü olan “Startup School Naxçıvan” layihəsi çərçivəsində təlim və mentorluq proqramına start verilir. Layihə 21-22 aprel tarixlərində NDU-da keçiriləcək təlim və mentorluq xidmətləri ilə başlayacaq.
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov tərəfindən keçiriləcək təlimlərdə universitetin professor-müəllim və inzibati heyəti, eləcə də tələbə və magistrantlardan ibarət nümayəndələrin iştirakı nəzərdə tutulur. Təlim və mentorluq mərhələsində iştirakçılara startapların formalaşdırılması, biznes model quruculuğu, bazar araşdırması, məhsulun validasiyası, maliyyələşmə imkanları və təqdimat bacarıqları kimi mövzularda praktiki bilik və bacarıqların aşılanması nəzərdə tutulur.
“Startup School Naxçıvan” layihəsi “Startup School 4: Five Continents - 500 Startups” proqramı çərçivəsində həyata keçirilərək, regionda startap ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir. Layihənin əsas məqsədi universitet mühitində innovativ düşüncəni təşviq etmək, ideyaların kommersiyalaşdırılmasını dəstəkləmək, universitet-sənaye əməkdaşlığını gücləndirmək və Naxçıvanda dayanıqlı mentor şəbəkəsinin formalaşdırılmasına şərait yaratmaqdır.
Proqram çərçivəsində keçiriləcək təlim və mentorluq xidmətləri aprel-may ayları ərzində həm oflayn, həm də onlayn formatda davam etdiriləcək.
Layihə çərçivəsində həmçinin peşəkar mentor və spikerlərin iştirakı, regional mentor şəbəkəsinin yaradılması, tərəfdaş və sponsorlarla əlaqələrin qurulması,eləcə də media dəstəyinin göstərilməsi planlaşdırılır. Bununla yanaşı, universitet kollektivi üçün sənaye əməkdaşlığı və elmin kommersiyalaşdırılması istiqamətində xüsusi təlimlərin təşkili də istisna edilmir.
Layihə nəticəsində Naxçıvan regionunda innovasiya və startap mədəniyyətinin daha da güclənməsi, universitet bazasında kommersiyalaşdırıla bilən layihələrin formalaşması və və regionun qlobal startap platformalarına inteqrasiyasının sürətlənməsi gözlənilir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu