“Startup School” məzunları “Failory” beynəlxalq platformasında yer alıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının məzunları Azərbaycanın nümunəvi 46 startapı siyahısında yer alıb. Siyahı beynəlxalq startap media platforması olan "Failory" tərəfindən Azərbaycan startap ekosisteminə həsr olunmuş icmalda təqdim edilib. Bu təşəbbüs ölkənin innovasiya mühitinin beynəlxalq informasiya məkanında tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Texnologiya, rəqəmsal xidmətlər və yaşıl innovasiya sahələrində fəaliyyət göstərən perspektivli yerli startapların içində "Green Guest", "Skolyn" və "BrainsBattle" layihələri var. Hər üç startap "Startup School 3" layihəsi çərçivəsində "Yaşıl və Rəqəmsal İpək Yolu" beynəlxalq akselerasiya proqramının məzunudur.
"Green Guest" yaşıl turizm və dayanıqlı inkişaf istiqamətində fəaliyyət göstərən startapdır. Platforma ekoloji məsuliyyətli yerləşmə və xidmətlərin təşviqi vasitəsilə aqroturizm sektorunda davamlı istehlak modellərinin formalaşmasına və ətraf mühitə təsirin azaldılmasına yönəlmiş həllər təqdim edir.
"Skolyn" təhsil texnologiyaları sahəsində fəaliyyət göstərərək rəqəmsal öyrənmə alətləri vasitəsilə fərdi və institusional təhsil proseslərinin daha əlçatan və effektiv qurulmasını hədəfləyir, müasir pedaqoji yanaşmaları texnologiya ilə birləşdirir.
"BrainsBattle" oyun əsaslı öyrənmə və intellektual yarış konsepsiyası üzərində qurulmuş "edutainment" platformasıdır. Startap interaktiv mexanizmlər vasitəsilə istifadəçilərin bilik səviyyəsinin və analitik düşüncə bacarıqlarının inkişafını təşviq edir.
"Failory" platforması müxtəlif ölkələr üzrə perspektivli startapların siyahılarını, təsisçi müsahibələrini və bazar icmallarını dərc etməklə qlobal startap ekosistemində analitik informasiya mənbəyi rolunu oynayır.
Sözügedən siyahı ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib