“Startup School”da xarici ekspertlərin treninqləri davam edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” ilə birgə yaratdığı “StartUp School”da xarici ekspertlərin dərsləri davam edir.
İsrailin “Connect” təhsil müəssisəsinin təsisçisi və meneceri, Tech7-də Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Koren Maorinin treninqi “Sahibkarlıq nədir? Sahibkar kimdir? Sahibkarlıq anadangəlmə hədiyyədir, yoxsa onu tərbiyə etmək olar? Startapa necə başlamaq lazımdır?” mövzularında olub. K. Maorin startapların yaradılmasında öncə kreativlik və problemlərin doğru analizinin əhəmiyyətindən danışıb, onlara çərçivədən kənar düşünməyi məşq etmələri haqqında tövsiyə verib.
Qeyd edək ki, ekspertlərin seçdiyi 33 layihə aprel ayı boyunca “Startup School”da treninqlərə qoşulacaq. Treninqlərin sonunda seçilən 9 layihə (komanda) SABAH.Labın İnkubasiya Mərkəzində 2 həftə ərzində mentorluq proqramına qatılacaq. Xüsusi ekspertlər layihələr arasından ilk 3 yerin qalibini müəyyənləşdirəcək.
www.enterpriseazerbaijan.gov.az portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir. Portal Prezident İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılıb.
LAYİHƏLƏRİNİZİ BİZİMLƏ BİZNESƏ ÇEVİRİN!









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib