“Startup School 4” çərçivəsində Azərbaycan Universitetində təlim və infosessiya keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 startap” proqramı çərçivəsində Azərbaycan Universitetində təlim və infosessiya təşkil olunub. Tədbir startap ekosistemi, innovativ sahibkarlıq, ideyanın biznes modelinə çevrilməsi və qlobal bazarlara çıxış imkanları mövzularını əhatə edib.
Universitetin professor-müəllim heyətinə və tələbələrinə “Startup School 4” proqramının əsas məqsədləri, iştirak imkanları və seçim mərhələləri barədə məlumat verilib. “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov bildirib ki, proqrama dünyanın qabaqcıl innovasiya ekosistemlərindən vençur fondları, texnoparklar və peşəkar mentorlar cəlb olunub. Bu, startapların beynəlxalq şəbəkələrə inteqrasiyası, investorlarla əlaqələrinin qurulması və qlobal bazarlara çıxışı baxımından mühüm platformadır.
Layihənin qlobal tərəfdaşları sırasında “Synapses Ventures”, “TechDev Academy”, “One Bsc Gate” (ABŞ), “Silk Road High Tech Park Association” (Çin), “Khyber Pakhtunkhwa Board of Investment and Trade” (Pakistan), “The Caucasus-Asia Center” (Hindistan), ATUİAB (Özbəkistan), “DELPHI LTD” (Madaqaskar), “New Mansoura University” (Misir), “Leadership and Good Governance Institute”, “Ethiopian Public Service University” (Efiopiya), “MH INSPIRES PTY LTD” (Avstraliya), “LICORNE GULF investment” (Qətər), “Deep Tech Foundry”, “Bold Future Global” (Malta), “The Brutally Honest Ecosystem” (Finlandiya), “BeHumbo” (Estoniya), “BuzzFactory” (Rusiya), OSTİM Texniki Universiteti, Kapadokya Texnoparkı, Niğde Universiteti Texnoparkı və “Fauna Venture Studio” (Türkiyə) yer alır.
Proqramın yerli tərəfdaşları isə Əqli Mülkiyyət Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, “Caucasus Ventures”, “SABAH.HUB”, “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi, “Founder Club”, “Yeni Fikir”, “Coders Azerbaijan”, “BERC&Partners”, “Innovation Management and TRIZ Institute” MMC-dir. Media tərəfdaşları sırasında isə “Real TV”, “Report” İnformasiya Agentliyi, “Trend” İnformasiya Agentliyi və “Edumap” təhsil portalı və s. qurumlardır.
“Startup School 4” layihəsinin yekun mərhələsi olan “Demo Day” tədbirinin 30–31 oktyabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək “TEI Forum 2026” çərçivəsində təşkili nəzərdə tutulur.
“Startup School 4” proqramına qeydiyyat 15 may tarixinədək davam edir.
Qeydiyyat linki: https://startupschool.az/en/register






Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu