“Startup School 3” layihəsinin ekspert heyəti təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində icra olunan “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının ekspert heyəti təqdim olunub.
Heyətə müxtəlif ölkələrdən olan beynəlxalq səviyyəli mütəxəssislər, sahə üzrə tanınmış mentorlar, innovasiya və startap ekosistemində təcrübəyə malik ekspertlər daxildir. Onlar proqram iştirakçılarına ideyaların inkişafı, biznes modellərinin qurulması, qlobal bazarlara çıxış strategiyaları, yaşıl texnologiyalar və rəqəmsal transformasiya sahələri üzrə bilik və dəstək verəcəklər.
Mentor və təlimçilər startap komandalarının ideyalarını inkişaf etdirmək, potensiallarını artırmaq və praktiki biliklərini möhkəmləndirmək məqsədilə onlarla birbaşa işləyəcək, fərdi məsləhət və təlim sessiyaları keçirəcəklər. Bu prosesə Nevada Universitetinin professorları Mehmet Serkan Tosun, Pavel Pietrasienski və Mat Vestfild, Estoniyanın “YellowX” şirkətinin təsisçisi və rəhbəri Ozan Sönmez, Ostim Texniki Universitetinin prorektoru professor Ünsal Sığrı, Boğaziçi Universitetinin Texnologiya transfer ofisinin rəhbəri Volkan Özgüz, Çinin “İpək Yolu Yüksək Texnologiyalar Parkı Assosiasiyası”nın nümayəndəsi Zanq Xiaoqanq, Kapadokya Texnoparkının direktoru Bilgin Yazlık, Maltanın Akselerasiya Mərkəzindən Gonca Kara, həmçinin Azərbaycan, Finlandiya, Pakistanın və digər ölkələrin nüfuzlu təşkilatlarından nümayəndələr cəlb olunub.
Jüri heyəti isə beynəlxalq vençur fondlarının nümayəndələrindən formalaşdırılıb və proqramın yekun mərhələsində startapların təqdimatlarını qiymətləndirəcək. Bu qiymətləndirmə prosesində innovativ yanaşma, kommersiyalaşdırma potensialı və qlobal bazarlarda tətbiq perspektivləri əsas meyarlar kimi nəzərə alınacaq.
“Yaşıl və Rəqəmsal İpək Yolu” proqramının əsas məqsədi region ölkələri üzrə rəqəmsal innovasiyaları təşviq etmək, dayanıqlı inkişafı dəstəkləmək və startapların beynəlxalq miqyasda uğur qazanmasına şərait yaratmaqdır.
Qeyd edək ki, beynəlxalq akselerasiya proqramının müxtəlif ölkələrdən 30-dan çox tərəfdaşı var. Onlardan beşi- ABŞ, Türkiyə, Pakistan, Malta və Azərbaycandan olan vençur fondlardır.
Akselerasiya proqramına startapların müraciəti avqust ayının 1-ə kimi davam edəcək.
Müraciət üçün link: https://forms.gle/LCrhRUqctA2g5egY6








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib