"Startup School 3" layihəsinə yeni tərəfdaşlar qoşulub

"Startup School 3" layihəsinə yeni tərəfdaşlar qoşulub

“Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının coğrafiyası genişlənməkdə davam edir. Bu proqram, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Enterprise Azerbaijan portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində reallaşdırılır.

Proqram çərçivəsində bir sıra yeni beynəlxalq və yerli tərəfdaşlar layihəyə qoşulub. Onların sırasında turizm və innovasiya sahəsində yerli lider olan Baku Holiday Travel Azerbaijan, Çinin Silk Road High Tech Park Association, Azərbaycan Türk Özbəkistan İş Adamları Birliyi (ATUİAB), Qazaxıstanın Süleyman Dəmirəl Universiteti və Türkiyənin İstinye Universiteti yer alır.

Bu yeni tərəfdaşlıqlar sayəsində proqram iştirakçıları üçün beynəlxalq təcrübə imkanları, yeni əməkdaşlıq formatları və geniş şəbəkələşmə mühiti yaradılır.

Hazırda artıq 80-dən çox startap bu proqramda iştirak etmək üçün müraciət edib. Müraciətlərin qəbulu davam edir və son tarix 1 avqust 2025-ci ildir.

Qeydiyyat üçün müraciət linki: https://forms.gle/YwzgE1aXizJ6Km2e9

"Startup School 3" layihəsinə yeni tərəfdaşlar qoşulub