“Startup School 3” layihəsi çərçivəsində beynəlxalq təlimlərə start verilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının ABŞ-ın Nevada Universiteti Özmen Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramında onlayn təlimlərə start verilib.
Təlimlərin ilk günündə İİTKM-nin icraçı direktoru, Prof. Dr. Vüsal Qasımlı açılış nitqi ilə çıxış edib. O, dövrümüzdə və gələcəkdə yaşıl və rəqəmsal texnologiyaların iqtisadiyyatda əhəmiyyətindən danışaraq, bu sahələrdə artan investisiya imkanlarını vurğulayıb. Prof. V. Qasımlı “Startup School 3” platformasının təşəbbüskarlar və innovatorlar üçün dəstəkləyici yanaşmalarını qeyd edərək, “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramından böyük gözləntiləri olduğunu bildirib.
İlk təlim “Yaşıl iqtisadiyyat və təsirli startap təlimi” (Green economy and impact startup training) mövzusunda, Maltada fəaliyyət göstərən “A8” Akselrasiya Mərkəzinin Layihələr rəhbəri Gonca Kara tərəfindən təqdim olunub.
Azərbaycan, Türkiyə, Pakistan, Qırğızıstan, Gürcüstan və Cənubi Koreyadan qatılan 126 startap komandasının iştirak etdiyi təlimlər 2 ay ərzində davam edəcək.
Qeyd edək ki, “Startup School 3” layihəsinin ABŞ-ın Nevada Universiteti Özmen Sahibkarlıq Mərkəzi, Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi, Türkiyənin OSTİM Texniki Universiteti də olmaqla, Çin, Pakistan, Qazaxıstan, Rusiya, Estoniya, Özbəkistan və digər ölkələrdən 20-dən artıq beynəlxalq tərəfdaşı var. Layihəyə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı ilə birlikdə 30-a yaxın yerli qurum tərəfdaşlıq edir.
“Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının əsas məqsədi yaşıl enerji və rəqəmsallaşma sahələrində fəaliyyət göstərən startapları bir araya gətirmək və bu istiqamətlərdə innovativ ideyaların inkişafını dəstəkləməkdir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu