“Startup School 2”nin rəsmi açılış mərasimi aprelin 5-də keçiriləcək
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 2 - AI for Green Solidarity” layihəsinin açılış mərasimi 5 aprel 2024-cü il tarixində baş tutacaq. Onlayn formatda keçiriləcək tədbirdə layihənin bütün mentorları, partnyorları və rəsmi qonaqlar iştirak edəcəklər.
Qeyd edək ki, qeydiyyat müddətində müxtəlif ölkələrdən müraciət etmiş 121 layihə arasından seçilmiş 28 layihə aprel və may aylarında "Startup School 2" təlimlərində iştirak edəcək.
“AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) devizi altında keçirilən budəfəki müsabiqə startapçılara geniş imkanlar təqdim edir:
- ABŞ, Almaniya, İngiltərə, Türkiyə, Rusiya, Polşa, CAR və Azərbaycandan olan mentorlar tərəfindən təlim;
- kursu bitirən bütün startapçılara beynəlxalq səviyyəli sertifikat;
- I yerin qalibinə ABŞ-da I2B treninqdə iştirak imkanı;
- I, II və III yerlərin qaliblərinə Dövlət Məşğulluq Agentliyi tərəfindən dəstək;
- 5 layihəyə Türkiyədə OSTİM Texnologiya Mərkəzində praktiki təlimlərdə iştirak etmək imkanı;
- 5 layihəyə Qarabağda keçiriləcək “AI for Karabakh” hakatonunda yarışmaq imkanı;
- 10 layihəyə SABAH.HUB-ın inkubasiya proqramında iştirak imkanı;
- 10 layihənin “Startap şəhadətnaməsi” üçün müraciətinə KOBİA tərəfindən sürətləndirilmiş dəstəyin göstərilməsi.
LAYİHƏLƏRİNİZİ BİZİMLƏ BİZNESƏ ÇEVİRİN!









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib