“Startup School 2”nin 10 ən yaxşı layihəsi elan olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “Startup School 2-AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin birinci mərhələsi yekunlaşıb. Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə reallaşdırılan layihənin onlayn təlim sessiyalarının bağlanış mərasimi keçirilib.
Mərasimə layihədə iştirak edən 41 komandadan nümayəndələr və onlara təlim keçmiş beynəlxalq ekspertlər qatılıblar. İştirakçılar “Startup School 2”də tədris olunan mövzuların gənc startapçıların gələcək fəaliyyətində oynayacağı roldan danışıblar.
Daha sonra 41 startap arasından seçilən 10 ən yaxşı layihənin adları elan olunub. Bu layihələrin seçilməsində başlıca meyar kimi tədris sessiyalarında göstərilmiş aktivlik və ekspertlərə göndərilən bir dəqiqəlik videotəqdimatlar əsas götürülüb.
Beləliklə, növbəti mərhələyə Naxçıvan Dövlət Universitetinin “System of ANN Modeling the Agro-feasibility”, Kanadanın Kalqari(Calgary) Universitetinin “WeApply”, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin “Terra Reimagined”, Lənkəran Dövlət Universitetinin “PlantGenic AI”, Bakı Biznes Universitetinin “EduLamp” və “Jackstation”, Azərbaycan Dövlət İqtisad Universitetinin “CulturaAI: Bridging Tradition and Technology for Cultural Enrichment”, Çexiyanın “CZU Pragua” Universitetinin “YellowGo”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ClearPath Shepherd” və “SOS.AZ” komandaları keçib.
Onlara “SABAH.HUB”-da layihə təqdimatına aid təlimlər keçiriləcək.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib