Sığorta, pensiya və səhiyyə islahatları müzakirə edildi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Bankının Azərbaycanda səfərdə olan pensiya və səhiyyə üzrə missiyaları ilə görüş keçirilib. Dünya Bankının sosial müdafiə üzrə baş mütəxəssisi Asta Zviniene, baş iqtisadçı Zoran Anusic, səhiyyə üzrə mütəxəssislər Elvira Anadolu və Maria Equniyadan ibarət nümayəndə heyətini qəbul edən İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycanda sığorta –pensiya sisteminin dayanıqlılığı, bu sahədə aparılan islahatlar, eləcə də səhiyyənin maliyyələşdirilməsi yolları barədə qonaqlara məlumat verib. Bildirilib ki, Azərbaycanda pensiya təminatı sisteminin islahatı Konsepsiyasına uyğun olaraq, 2014-2020-ci illərdə sığorta-pensiya sistemində islahatlar davam etdiriləcək. Bu sahənin inkişafını nəzərdə tutan prioritet istiqamətlər və hədəflərin müəyyənləşdirilməsində qabaqcıl ölkələrin təcrübəsindən bəhrələniləcək. Səhiyyə üzrə mütəxəssis Elvira Anadolu isə monitorinqlərin nəticəsinə uyğun olaraq, dövlət tibb müəssisələrində maliyyələşmə səviyyəsinin artırılması üçün şəhər və rayonlarda gələn ildən etibarən pilot layihələrə başlanılacağını bildirib. Sadalanan bu sahələr üzrə Dünya Bankı ilə əməkdaşlıq davam etdiriləcəyi və tövsiyyələrin nəzərə alınacağı qeyd edilib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu