“ŞƏT plyus” toplantısı türk dövlətləri arasında iqtisadi əməkdaşlığı artıracaq
Prezident İlham Əliyevin Astana səfəri, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində dünya liderləri ilə keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər, imzalanan sənədlər və “ŞƏT plyus” toplantısında iştirakı Azərbaycanın regional və qlobal proseslərdə rolunu bir daha nümayiş etdirdi, qarşılıqlı əlaqələrin gələcək dövrü üçün yeni perspektivləri müəyyənləşdirdi. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova dövlət başçısının səfərinin mühüm məqamlarını şərh edib. O bildirib ki, səfər çərçivəsində imzalanan sənədlər türk dünyasında inteqrasiya proseslərinin sürətləndirilməsinə dəstək verir, icra olunan irimiqyaslı layihələrin əhatə dairəsini genişləndirir.
TDAM rəhbərinin sözlərinə görə, “ŞƏT plyus” formatında ticarət yollarının genişləndirilməsi və qarşılıqlı investisiya imkanları ilə bağlı müzakirələr aparılıb. Burada Azərbaycanın strateji mövqeyi, Orta Dəhliz istiqamətində mühüm rolu bir daha vurğulanıb, Şərqi Asiyanı Avropa ilə birləşdirən səmərəli transkontinental ticarət yolundan istifadəyə beynəlxalq maraq daha da artıb. Son hesablamalara görə, Orta Dəhliz ənənəvi marşrutlarla müqayisədə nəqliyyat daşımalarına sərf olunan vaxtı 20-25% azaltmaqla ticarətin səmərəliliyini artıracaq. Bununla yanaşı, Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük imkanları 5 milyon tona, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti isə 15 milyon tondan 25 milyon tona çatdırılıb.
Vüsalə Cəfərova həmçinin səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin əhəmiyyətinə toxunub, bu sənədin iki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, logistika, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm rol oynadığını bildirib. Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən və buna qoşulan ilk dövlətlərdən biridir. 2023-cü ildə Çinin bu təşəbbüsü çərçivəsində Mərkəzi Asiyaya 40 milyard dollardan çox investisiya qoyulub. Səfər çərçivəsində əldə edilən razılaşmalar Azərbaycanla Çin arasında 2023-cü ildə 3,1 milyard dollar təşkil edən ticarət dövriyyəsini daha da artırmağa zəmin yaradır.
TDAM rəhbəri bildirib ki, türk dövlətləri arasında iqtisadi və ticari əlaqələrin gücləndirilməsi baxımından tədbir çərçivəsində Azərbaycan prezidentinin Türkiyə və Qazaxıstan liderləri ilə keçirdiyi görüşlər regional iqtisadi inteqrasiyaya doğru vahid yanaşmanı təşviq edir. Türk dövlətləri ümumi olaraq 2 trilyon ABŞ dollarından çox ÜDM-ə və 150 milyon nəfərdən çox əhaliyə malikdir ki, bu da regional ticarət və investisiya üçün əhəmiyyətli bir bazar təqdim edir. Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlığı təşviq etməkdə mühüm rola malik regional gücü təmsil edir və Orta Dəhliz TDT-nin nəzarətində olan əsas layihələrdən biridir. Əlaqələrin yaxşılaşdırılması ilə Orta Dəhliz növbəti beş il ərzində regional ticarəti 20% artıraraq regional iqtisadiyyata təxminən 50 milyard ABŞ dolları əlavə etməyi hədəfləyir: “ Enerji türk dövlətləri arasında iqtisadi əməkdaşlığın əsas komponentidir. Əhəmiyyətli neft və qaz ehtiyatları, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələri ilə Azərbaycan regional enerji təhlükəsizliyində mühüm rol oynayır. Astanadakı görüş zamanı enerji infrastrukturunun genişləndirilməsi və enerji təchizatı yollarının şaxələndirilməsi ilə bağlı müzakirələr aparılıb ki, bu da regional enerji təhlükəsizliyi və iqtisadi sabitlik üçün vacibdir”.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise