Şərq Tərəfdaşlığı Mərkəzi ilə İİTKM arasında memorandum imzalanıb
Estoniyanın paytaxtı Tallin şəhərində Şərq Tərəfdaşlığı Mərkəzi ilə Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Memorandumun əsas məqsədi Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanından irəli gələn məsələləri təmin edilməsinə töhfə verməkdən ibarətdir. Xüsusi ilə Estoniyanın Avropa İttifaqında prezidentliyi dövründə belə bir müqavilənin imzalanması bu təşkilatla Azərbaycan arasında rəqəmsal iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.
Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı anlaşma memorandumunun imzalanması ilə bağlı bildirib ki, Estoniyanın Şərq Tərəfdaşlığı Mərkəzi ilə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının inkişafı üzrə birgə fəaliyyət planının işlənməsi haqqında razılığa gəlinib. O əlavə edib ki, bu fəaliyyət planı çərçivəsində Avropa İttifaqı, Avrasiya İttifaqı, Körfəz ölkələri, Çin, GUAM formatı çərçivəsində Rəqəmsal Ticarət Qovşağının inkişafı ilə bağlı görüləcək işlər nəzərdə tutulub. Vüsal Qasımlı vurğulayıb ki, hazırda Avropa İttifaqının strukturları xüsusən də qurumun indi prezidenti olan Estoniya höküməti Rəqəmsal Ticarət Qovşağının inkişafına xüsusi maraq göstərir.
İmzalanma mərasimindən sonra Estoniyanın Şərq Tərəfdaşlığı Mərkəzinin rəhbəri Jaan Reinhold bildirib ki, Azərbaycan Şərq tərəfdaşlığı ölkələrinə rəqəmsal iqtisadiyyatın inkişafı nöqteyi-nəzərindən bir nümunə ola bilər. Xüsusən Azərbaycan Rəqəmsal Ticarət Qovşağının, Azexport portalının nümunəsini Şərq Tərəfdaşlığı ölkələri arasında yaymaq məqsədəuyğundur. Jaan Reinholdun qənaətinə görə Azərbaycan Avrasiyanın mərkəzində əgər əvvəllər nəqliyyat, logistika, enerji layihələrinin qovşağına çevrilmişdisə indi də rəqəmsal iqtisadiyyatın qovşağına çevrilmə imkanlarına malikdir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu