"Sənaye parkları və sənaye məhəllələrinin fəaliyyəti, monitorinqi və qiymətləndirilməsi" mövzusunda treninq keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Sənaye parkları və sənaye məhəllələrinin fəaliyyəti, monitorinqi və qiymətləndirilməsi" mövzusunda treninq keçirilib. Treninq Dünya Bankının Baş mütəxəssisi Melissa Rekas və İİTKM-in Konsaltinq və Treninq koordinatoru Kamil Ələsgərov tərəfindən aparılıb.
Dünya Bankının eksperti, sənaye parkları və sənaye məhəllələrinin mövcudluğunun qeyri neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması, məşğulluğun təmini kimi mühüm məsələlərin inkişafını stimullaşdıracağını qeyd edib. O bildirib ki, Sənaye parkları və məhəllələrinin yaradılması ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini nəzərdə tutan siyasətin bir hissəsidir. Tədbirdə sənaye parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi sahəsində mövcud olan qanunvericilik qaydaları haqqında da danışılıb, dünya təcrübəsi ilə müqayisəli təhlili aparılıb.
Xarici ölkələrin bu sahədəki təcrübəsinin ölkəmizə müsbət töhfə verməsi məqsədi ilə təşkil edilmiş bu təlimdə Azərbaycanda mövcud olan sənaye parklarının, aqroparkların, habelə nazirliklərin nümayəndələri iştirak edib.
Ekspertlər iştirakçıların suallarını cavablandıraraq, onları maraqlandıran mövzular üzrə geniş müzakirələr aparıblar. Tədbirin sonunda treninq iştirakçılarına sertifikatlar təqdim olunub.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır