Şəkidə “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi regionlarda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələri davam etdirir. Növbəti görüş şimal qərb bölgəsində keçirilib. Şəki, Balakən, Qax, Qəbələ, Oğuz və Zaqatala ictimaiyyəti ilə aparılan regional müzakirə zamanı ölkədə aparılan uğurlu iqtisadi islahatlar müzakirə edilib, islahatın nəticələrindən necə faydalanmağın yolları araşdırılıb.
Tədbirdə əvvəlcə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qonaqları salamlayıb. Müzakirənin mahiyyətinin qısa təqdimatından sonra Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov çıxış edib. O bildirib ki, son illər iqtisadi islahatların nəticəsi olaraq, respublikanın bölgələrində, eləcə də böyük şəhərlərdə mühüm inkişaf prosesi nəzərə çarpır. Aparılan siyasət nəticəsində sənaye istehsalı, kənd təsərrüfatının inkişafı artır, yeni sənaye zonaları yaradılır. Sektor müdiri bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bu gün şimal-qərb zonası öz sürətli inkişaf dövrünü yaşayır, perspektivləri də çox müsbətdir. Onun qənaətinə görə, indi mövcud olan problemlərin həlli ilə bu inkişaf prosesi daha da sürətlənəcək.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın iki pillə irəliləməsini ölkədə həyata keçirilən davamlı islahatların məntiqi nəticəsi olduğunu vurğulayıb. O əlavə edib ki, bu inkişaf prosesində bölgələrin iqtisadiyyata verdiyi töhvə çox böyükdür. “Azərbaycanda pambıqçılıq, tütünçülük, fındıqçılıq, baramaçılıq, çayçılıq, sitrus bitklirərinin inkişafına kompleks dövlət dəstəyi, turizmin inkişafı, sənaye, aqro və texnoparkların qurulması, müxtəlif təşviq mexanizmləri bölgələrin inkişafını sürətləndirir. Azərbaycanda aparılan iqtisadi islahatlar bölgələrin qeyri-neft sektorunda və qeyri-neft ixracında payını artırır. Şimal qərb bölgəsinin bu inkişafda payı xüsusidir. ”
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn "Azərbaycan Respublikasında iqtisadi islahatlar: Şəki - Zaqatala iqtisadi rayonunun inkişaf perspektivləri" mövzusunda prezentasiya təqdim edib. O həmçinin Strateji Yol Xəritələrinin bu bölgənin inkişafına verəcəyi töhfədən danışıb. Daha sonra İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov da tədbir iştirakçılar təmsil etdiyi qurumun gördüyü işləri əhatə edən “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda təqdimat edib. Tədbirdə Vergilər nazirliyinin və Kənd Təsərrüfatı nazirliyinin nümayəndələri də iştirak edib.
Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib. Qeyd edək ki, belə bir görüş ötən həftə cəbhə bölgəsində keçirilib. Quba, İsmayıllı, Gəncə, Şirvan, Lənkəran və Mingəçevirdə də bu mövzuda müzakirələr aparılacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı müzakirələrə yekun vuraraq bildirib ki, bu tip görüşlər ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhfə vermək məqsədi ilə keçirilir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu