Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər tikinti sektorunda canlanma yaradacaq
Prezident İlham Əliyev “Tikintiyə icazələrin verilməsi üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Fərman imzalayıb. Qanuna edilmiş dəyişiklikləri şərh edən İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nicat Hacızadə bildirib ki, yeni Fərman tikinti fəaliyyəti ilə məşğul olan sahibkarların fəaliyyətini bir qədər də sadələşdirəcək. “Qanuna edilən dəyişikliklər sahibkarların tikinti aparmasını daha da asanlaşdıracaq və tikinti ilə məşğul olan şəxslərin fəaliyyətini bir qədər də stimullaşdıracaq. Belə ki, Qanuna əlavə edilən 75.1-1-ci yarımbəndə əsasən, sifarişçi sahibkar tikintiyə icazə üçün müraciət etməzdən əvvəl icazə parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər və sözügedən qurum müraciəti 10 gün müddətində cavablandırmalıdır. Qanuna edilən dəyişikliklərin daha bir özəlliyi tələb olunan günlərin azaldılmasıdır ki, bu məcəllənin 75.3 və 75.4 –cü bəndində qeyd edilib. Maddələrə əsasən, müvafiq icra hakimiyyəti orqanına tikintiyə dair ərizə və tikinti layihəsinin təqdim edildiyi zaman 5 iş günündən 3 iş gününə azaldılıb. Habelə müvafiq icra hakimiyyəti tərəfindən tikintiyə icazə ilə fəaliyyət sferasına toxunulan aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu 15 gün müddətindən, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 günə endirilib. Bundan əlavə, texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin “Asan Kommunal”a verildiyini qeyd edən Nicat Hacızadə, bunun tikinti sahəsində sahibkarların fəaliyyətinin daha intensivləşməsinə , şəffaf və etibarlı mühitin daha da möhkəmlənməsinə xidmət etdiyini əlavə edib. “Məcəlləyə edilən dəyişiklər texniki şərtlərin və layihə-smeta sənədlərinin “ASAN Kommunal” mərkəzlərinə verilib ki, bu proses sənədləri sahibkarların daha sürətli şəkildə əldə etməsi ilə nəticələnəcək. Beləliklə, Prezidentin qanuna etdiyi dəyişiklik, tikinti sektorunda daha da canlanma yaradacaq və tikinti icazələrinin verilməsi indikatoru üzrə Azərbaycanın mövqeyinin beynəlxalq reytinqlərdə, xüsusilə “Doing Business” hesabatında yüksəlməsini bir qədər də sürətləndirəcək.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır